Millət vəkili gənclərlə görüşüb 

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyevlə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyevlə Nərimanov rayon gənclərinin görüşü keçirilib. "OLAYLAR"-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Adil Əliyevin həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. Milli Məclisin deputat Adil Əliyev ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə kütləvi idmanın geniş vüsət almasından məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə özlüyündə qətiyyət faktorudur. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Bütün bunlar - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Sonda Nərimanov rayon gənclərinə ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya, onların layihələrini hər zaman dəstəklədiyinə görə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyev "Gənclərin dostu" adlı Fəxri Fərmanla təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31