Oqtay Əsədov Almaniyanın yeni səfirini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib. Sədr qonağı salamlayaraq, ölkəmizdə səfir təyin olunması münasibəti ilə onu təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı.

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib. Sədr qonağı salamlayaraq, ölkəmizdə səfir təyin olunması münasibəti ilə onu təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı. Spiker belə bir fikri söylədi ki, yeni missiyası dövründə səfir Almaniya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək: Ölkələrimiz arasında imzalanmış 73 sənəd dostluq və tərəfdaşlıq münasibətlərimizin dərinləşməsi üçün etibarlı hüquqi baza yaradıb. Təqdirəlayiq haldır ki, əlaqələrimiz iqtisadi, elm, təhsil, mədəni sahələrdə də inkişaf etməkdədir. Bu gün Azərbaycanda 170-ə yaxın Almaniya investisiyalı müəssisə fəaliyyət göstərir. Əminəm ki, ölkəmizdə olan əlverişli investisiya mühiti bu göstəricini gələcəkdə daha da artıracaqdır". Sədr Milli Məclisdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyinə diqqət çəkərək, Bundestaqda da Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu söyləyib. Spiker deputatlarımızın qarşılıqlı səfərlərini, onların nüfuzlu beynəlxalq qurumlarda görüşlərini yüksək dəyərləndirib. Ümidvar olduğunu bildirib ki, gələcəkdə parlament rəhbərləri səviyyəsində də səfərlər baş tutacaq. Sədr cari ildə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyaya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. O, bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə aradan qalxacağına inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Mixael Kindsqrab yeni diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib. Qeyd edib ki, Almaniya Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Parlamentlərarası, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31