Milli Məclis bir neçə qanunda dəyişiklik edib
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. Dərhal gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılan iclasda Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihə bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır. Hər üç layihə ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
11 Noyabr 2016 13:16 SosialAzərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. Dərhal gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılan iclasda Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihə bir müddət əvvəl "Qiymətli kağızlar haqqında" qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır. Hər üç layihə ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.