4 şəhərdə su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatıb

Cari ilin 10 ayında regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb.

Cari ilin 10 ayında regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 4 şəhərdə - Qusar, Beyləqan, Tərtər, Şamaxı şəhərlərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral su xətti çəkilərək istismara verilib. Bununla da Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Növbəti mərhələdə Neftçala şəhəri və kəmərin marşrutu boyunca yerləşən bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur. Ötən müddət ərzində içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Hesabat dövründə Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində, Ağdam rayonun Quzanlı, Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbələrin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı Misni-Mais obalarının su təchizatı yaxşılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31