Ölkəyə pirotexniki vasitələr gətirmək cəhdinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
11 Noyabr 2016 13:23 KriminalTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.