Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilib
"Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.
11 Noyabr 2016 13:50 Sosial"Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.
Hazırda isə hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda emitent emissiya prospektinin tərtib edilməsindən azad edilir. Müzakirələrdən sonra dəyişiklər təsdiqlənib.