Tələbələr insan hüquqları ilə bağlı məlumatlandırılıb

Ombudsman Elmira Süleymanova Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, habelə Milli Aviasiya və Dövlət Gömrük Komitəsi akademiyalarının bir qrup tələbəsi ilə görüş keçirib.

Ombudsman Elmira Süleymanova Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, habelə Milli Aviasiya və Dövlət Gömrük Komitəsi akademiyalarının bir qrup tələbəsi ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, görüşdə müvəkkil ölkəmizdə Ombudsman təsisatının yaranması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, beynəlxalq və hüquqi maarifləndirmə tədbirləri, habelə təsisatın BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) "A" statusuna malik olduğu və Paris Prinsiplərinə uyğun, müstəqil fəaliyyət göstərdiyi barədə ətraflı məlumat verib. Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. E.Süleymanova həmçinin gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat verib, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara əməkdaşlıq və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31