Gündəm
Azərbaycanın müstəqillik tarixində 13-cü FİFA referisi
2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2017-ci ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayevin də təmsil edəcəyi təsdiqini tapıb. Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" - "Lusitans" matçına təyinat alıb.
Ndlovunun narazı olduğu məşqçi federasiya tərəfindən cəzalandırıldı
CAR millisinin baş məşqçisi Efraim Maşaba yerli futbol federasiyası tərəfindən işindən kənarlaşdırılıb. Bunun müvəqqəti, yoxsa daimi olacağı açıqlanmır. Goal.az xəbər verir ki, komandanı Mozambiklə yoldaşlıq görüşünə Ouen da Qama hazırlayacaq. Maşabanın cəzalandırılmasına səbəb DÇ-2018 seçmə mərhələsində Seneqala qarşı oyundan sonra (2:1) CAR Futbol Federasiyasını tənqid etməsidir. İki turdan sonra CAR millisi Burkina-Faso ilə birlikdə D qrupunun lideridir.
İsrafil İsrafilova Türkiyədə vəzifə verilir
Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilova Türkiyədə vəzifə veriləcək.
"Azəristiliktəchizat": "Hazırıq!"
Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə "Azəristiliktəchizat" ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.
Bakıda keçmiş məhkumlar Pakistan vətəndaşını bıçaqladılar
Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb. Olaylar.az report-a istinadən bildirir ki, hadisə Cavadxan küçəsində baş verib. Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahan həmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə ediblər. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb.
Ərdoğan: "İlin sonunadək gözləyəcəyik, sonra isə..."
Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq. Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
ABŞ bunu bilə-bilə Rusiyanın təsir dairəsinə girə bilməz
“Dünyanın super dövlətlərindən olan ABŞ-dakı son prezident seçkisi nəticəsinə görə dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılandı. Donald Tramp dünyanı yalnız bu şəkildə təəccübləndirə biləcək”. Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Uşaqlara turşu vermək olarmı? MÜTƏXƏSSİS RƏYİ
Son zamanlar turşu zəhərlənmələri hallarının çoxaldığının şahidiyik. Lakin bu zəhərlənmələrdə daha çox azyaşlıların əziyyət çəkdiyi gözdən yayınmır. Belə ki bir müddət bundan öncə Bərdədə bir ailədə bir neçə nəfər pomidor turşusundan zəhərlənmişdi ki onların arasında 5 yaşlı uşağa süni nəfəs aparatı qoşulmuşdu. Bu gün isə Ağcabədi rayonunda 6 yaşlı uşağın pomidor turşusundan zəhərlənərək öldüyü xəbəri yayılıb. Ümumiyyətlə, uşaqlara turşu vermək olarmı və bu turşular necə hazırlanmalıdır?
Azərbaycan əhalisi pulu daha çox nəyə xərcləyir?- ŞƏRH
“Ümumiyyətlə aparılan monitorinqlər göstərir ki, Azərbaycanda vətəndaşlar istehlak malları, xüsusilə də ərzağa daha çox vəsait xərcləyirlər”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Azercell “İnsan Resursları Forumu”nda təmsil olunan yeganə telekommunikasiya şirkətidir
Vahid Mürsəliyev: “Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir” Vahid Mürsəliyev: “Azercell 3 ən yaxşı işəgötürən şirkətdən biridir” Bu gün Bakıda “İnsan Resursları Forumu- 2016” adlı beynəlxalq forum işinə başlayıb. Toplantı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr olunub. Forumun məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin, Azərbaycanın elm, biznes və ümumi idarəetmə sahəsində insan qaynaqlarının idarə edilməsinə olan marağı artırmaq, bu sahənin əhəmiyyətini strateji mövqeyə çatdırmaqdan ibarətdir.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Noyabrın 10-11-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilmişdir. Tədbirdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarına “Tərəqqi” medalı verilib
Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bakının bəzi ərazilərində bataqlıqlaşma gedir
"Bakının bəzi yerlərində, eləcə də Masazır ərazisində subasma hadisələri - atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması baş verib".
Horadiz şəhərinə 3 milyon manat ayrıldı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev fələstinli həmkarını təbrik etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:













