Ndlovunun narazı olduğu məşqçi federasiya tərəfindən cəzalandırıldı

CAR millisinin baş məşqçisi Efraim Maşaba yerli futbol federasiyası tərəfindən işindən kənarlaşdırılıb. Bunun müvəqqəti, yoxsa daimi olacağı açıqlanmır. Goal.az xəbər verir ki, komandanı Mozambiklə yoldaşlıq görüşünə Ouen da Qama hazırlayacaq. Maşabanın cəzalandırılmasına səbəb DÇ-2018 seçmə mərhələsində Seneqala qarşı oyundan sonra (2:1) CAR Futbol Federasiyasını tənqid etməsidir. İki turdan sonra CAR millisi Burkina-Faso ilə birlikdə D qrupunun lideridir.

Qeyd edək ki, "Qarabağ"ın şərəfini qoruyan Dino Ndlovu Maşabanın baş məşqçi olacağı müddətdə millidə oynamaqdan imtina etdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31