Gündəm

Bölgələrdə analoq yayımı nə zaman dayandırılacaq?

14 Noyabr 2016 18:20

"Bölgələrdə analoq yayımı bu ilin sonuna qədər, hətta ola bilsin ki, 2017-ci ildə dayandırıla bilər". Olaylar.az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

14 Noyabr 2016 18:19

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı başlayıb.

Suraxanıda 3 otaqlı ev yanıb

14 Noyabr 2016 18:18

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m2, çardağının yanar konstuksiyaları 80 m2 sahədə yanmış, yüksək temperaturdan hamam otağının və dəhlizin lambirdən ibarət tavanı 5 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Natiq Əliyev: Azərbaycan Burkina-Fasoya investisiya yatırmaq niyyətindədir

14 Noyabr 2016 18:16

Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istəyir. Energetika Nazirliyindən bildirilib ki, bunu Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin Prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib.

Sərhədçilərimiz 7 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar

14 Noyabr 2016 18:15

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmış, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. DSX-dzn verilən məlumata görə, 07.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin¬dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınmışdır. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olmuşdur. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunmuşdur.

Azərbaycan 174 ölkə ilə ticarət əməliyyatı aparıb

14 Noyabr 2016 18:14

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.

İrana ziyarətgaha gedənlərin sərhəddən keçidi təmin olunub

14 Noyabr 2016 18:12

Ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub.

Ərzaq məhsulları 13,4 faiz bahalaşıb

14 Noyabr 2016 18:10

2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşmışdır.

Ölkədə təbii qaz alan abonentlərin sayı durmadan artır

14 Noyabr 2016 18:09

2016-cı ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşmüşdür. Socar.gov.az xəbər verir ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatmışdır. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılmış, ödəniş səviyyəsi 107,83 faiz olmuşdur. Onu da qeyd edək ki, 01 noyabr 2016-cı il tarixə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır. 

“Azərikimya” İB-də “Xəmsə” bilik yarışı keçirilib

14 Noyabr 2016 18:08

SOCAR-nin “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib. Socar.gov.az xəbər verir ki, “Azərikimya” İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam etmişdir.

''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər

14 Noyabr 2016 18:06

SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilmişdir. Socar.gov.az xəbər verir ki, İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir etməmişdir. 

İspaniya mətbuatında “Dinlər, multikulturalizm və sülh” başlıqlı məlumat dərc olunub 

14 Noyabr 2016 18:04

Noyabrın 10-da İspaniyanın məşhur “La Razon” qəzetində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş konfransla bağlı “Dinlər, multikulturalizm və sülh” başlıqlı məlumat dərc olunub.

Ay ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub

14 Noyabr 2016 18:03

2016-cı ilin oktyabr ayı ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub ki bu da ötən ilin müvafiq dövrü ilə müqayiədə 30,7% azdır. Müraciətlərdən 92,3 %-i ərizə, 7,6 %-i şikayət, 0,1%-i təklifdir.

Dünya Xəbər Agentlikləri Konqresi: medianın aktual problemlərinin müzakirəsi üçün nadir platforma

14 Noyabr 2016 18:02

Qlobal informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, mətbuat üzrə beynəlxalq ekspertlər Bakıya toplaşırlar. Azərbaycan noyabrın 16-18-də mötəbər beynəlxalq və regional qurumların çox önəmli tədbirlərinə - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Mübaliğəsiz demək olar ki, bu günlərdə dünyanın xəbər nəbzi Bakıda döyünməyə başlayıb.

Saatlıda “İslamda Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

14 Noyabr 2016 18:00

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilə Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “İslamda Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib.