Ay ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub
2016-cı ilin oktyabr ayı ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub ki bu da ötən ilin müvafiq dövrü ilə müqayiədə 30,7% azdır. Müraciətlərdən 92,3 %-i ərizə, 7,6 %-i şikayət, 0,1%-i təklifdir.
14 Noyabr 2016 18:03 Sosial2016-cı ilin oktyabr ayı ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub ki bu da ötən ilin müvafiq dövrü ilə müqayiədə 30,7% azdır. Müraciətlərdən 92,3 %-i ərizə, 7,6 %-i şikayət, 0,1%-i təklifdir. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, onların 36 %-i müxtəlif arayışların alınması, 31,1 %-i kameral vergi yoxlamaları, 6,1 %-i vergi borcları, 2,4 %-i vergidən yayınma və dividendlərin verilməsi, 2%-i səyyar vergi yoxlamaları, 1,1%-i vergi qanunvericiliyinin tətbiqi, 1,1%-i ƏDV, 1%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,7%-i qəbul, 0,5 %-i işlə təmin edilmək, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 0,5 %-i operativ vergi nəzarət tədbirləri, 16,9 %-i isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 60%-i müsbət həll olunub. Hesabat dövründə vergi orqanlarında ümumilikdə 594 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.