“Azərikimya” İB-də “Xəmsə” bilik yarışı keçirilib
SOCAR-nin “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib. Socar.gov.az xəbər verir ki, “Azərikimya” İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam etmişdir.
14 Noyabr 2016 18:08 SosialSOCAR-nin "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş "Xəmsə" bilik yarışı keçirilib. Socar.gov.az xəbər verir ki, "Azərikimya" İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak etmişdir. İştirakçıların xüsusi fəallığı ilə, münsiflər heyəti və ekspertlərin ciddi nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam etmişdir. Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən "Azərikimya" İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülmüşdür. Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır. "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında seçilmiş komandaların üzvlərini təbrik etmiş, onlara daha böyük qələbə sevincləri arzulamışdır. Qalib komandalara "Azərikimya" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur.