''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər
SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilmişdir. Socar.gov.az xəbər verir ki, İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir etməmişdir.
14 Noyabr 2016 18:06 SosialSOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış "ASAN könüllülərin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi"nin icrası məqsədi ilə Master 2 layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilmişdir. Socar.gov.az xəbər verir ki, İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş "ASAN könüllü"lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir etməmişdir.
İmtahan zamanı "ASAN könüllü"sü ona ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdiyi kompüterin monitorundan avtomatik olaraq topladığı bal haqqında məlumat ala bilmişdir.