Gündəm

Son dəqiqə: İstanbulda GÜCLÜ PARTLAYIŞ: xeyli sayda yaralı var

14 Noyabr 2016 17:58

Sultanbeylidə bir sənaye kompleksində partlayış baş verib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, 10 nəfər yaralanıb.

Ştaynmayer Almaniya prezidenti postuna namizəddir

14 Noyabr 2016 17:55

Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer hakim Xristian-Demokratik İttifaqı və Xristian-Sosialist İttifaqı koalisiyasından ölkə prezidenti postuna namizəd göstərilib. Bu barədə məlumat "Die Zeit" qəzeti tərəfindən dərc edilib.

Türkiyədə toy günü qaçan goranboylu qızdan XƏBƏR VAR

14 Noyabr 2016 17:54

Türkiyədə nişanlısını toy günü aldadaraq 3 min dollarını və qızıl-zinət əşyalarını götürərək qaçan azərbaycanlı qızla bağlı yeni məlumatlar ortaya çıxıb.

Avropa-Türkiyə münasibətləri: risklər artır, qeyri-müəyyənlik çoxalır

14 Noyabr 2016 17:52

Türkiyənin terrorla mübarizəsi fonunda Qərb dövlətlərinin reaksiyası düşündürücü xarakter almaqdadır. Ənənəvi müttəfiq hesab olunan bir sıra Avropa ölkələri açıqca rəsmi Ankaranı ittiham edirlər. Onlar bir tərəfdən Ankaradan terror təşkilatlarına qarşı çox sərt mövqe tutmamasını tələb edir, digər tərəfdən isə HDP-li millət vəkillərinin müdafiəsinə qalxırlar. Bu zaman Avropanın böyük dövlətləri həmin millət vəkillərinin Türkiyə məhkəməsinə getməkdən imtina etməsinə heç reaksiya vermirlər, Türkiyənin şəhər və qəsəbələrində törədilən terrorun kökünün kəsilməsi üçün bir addım belə atmırlar.

Azərbaycan Rusiyaya əsas pomidor ixracatçılarından birinə çevrilib

14 Noyabr 2016 17:46

2016-cı ilin ilk doqquz ayı ərzində Azərbaycan Rusiyaya pomidor ixrac edən ölkələr arasında ikinci yerdədir.

1 kq heroini 10 min manata satanlar yaxalanıb

14 Noyabr 2016 17:46

Şirvan sakinləri 1 kq narkotiki 10 min manata satarkən tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Cabbar Umudov və Kamil Cəfərov Hacıqabul rayonu ərazisində 1 kiloqram heroini 10 000 (on min) manata satarkən yaxalanıblar.

Gölə daş atanda gərək elə daş atasan ki, səslərin çoxunu kəssin

14 Noyabr 2016 17:45

(və yaxud, Əjdər Tağıoğlu erməni tarixinin atasına “od vurdu”) Zaman keçdikcə zaman-zaman Azərbaycan tarixini saxtalaşdıran, eləcə də dolaşıq, uydurma Ermənistan tarixi yaranmasına səbəb olan “mənbələr”in  saxtalığı bir-bir üzə çıxır.

“Azərbaycan və Ermənistan müharibəyə hazırdır”

14 Noyabr 2016 17:22

"Texniki baxımdan Azərbaycan və Ermənistan müharibəyə hazılrdır" . Olaylar.az modern.az-a istinadən xəbər verir ki. bu barədə ABŞ-ın "Bloomberg" agentliyi yazır.

Türkiyə bu məhsulu piştaxtalardan yığışdırır

14 Noyabr 2016 17:18

Türkiyədə tütün məmulatlarının satış qaydalarının sərtləşdirilməsi ilə bağlı qara rəngdə qutulaşdırılmış siqaretlərin satışı qadağan olunacaq.

Türkiyədə PARTLAYIŞ: yaralılar var - VİDEO

14 Noyabr 2016 17:17

Maltepedə bir elektron firmasına kuryer ilə gələn paketdə partlayıcı qurğu işə düşüb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, ilkin məlumatlara görə, 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar.

Azərbaycan Aİ-nin danışıqlar aparılması üçün mandat verməsini alqışlayır

14 Noyabr 2016 17:13

"Azərbaycan Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılması üçün mandatın verilməsini alqışlayır". Olaylar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Proqnoz: Trampın prezidentliyi dövründə ÜDM, inflyasiya və uçot dərəcəsi artacaq

14 Noyabr 2016 17:12

ABŞ iqtisadiyyatı Donald Trampın prezidentliyi dövründə yeni eraya qədəm qoyacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.

Saakaşvilinin daha bir adamı vəzifədən getdi

14 Noyabr 2016 17:09

Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze istefaya gedib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Obozrevatel" portalı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Səfir: "Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün təşkilində maraqlıyıq"

14 Noyabr 2016 17:08

"Biz gələn il Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsində maraqlıyıq".

"Sonradan bildik ki, Taleh Bağırovun məqsədi təxribat  olub"- YENİLƏNİB

14 Noyabr 2016 16:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.