Gündəm
Nəsimi rayonunda müşavirə keçirilib
14 noyabr 2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə Nəsimi RİH başçısının I müavini Yavər Allahverdiyev, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb.
Rövnəq Abdullayev fövqəladə iclas keçirdi
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.
"Avropa İttifaqı Türkiyəni terrorizmlə mübarizədə tək qoydu"
"Avropa İttifaqı Türkiyəni terrorizmlə mübarizədə tək qoydu". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini Numan Kurtulmuş Ankarada Nazirlər Kabinetinin iclasının yekunu üzrə deyib. Onun sözlərinə görə, Ankara üçün terrorizmlə mübarizə prioritetlərdən biridir: "Türkiyə bütün terror təşkilatları ilə inadcıl mübarizəni davam etdirəcək".
195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətinin istifadəçilərinin sayı artıb
Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət edilib. Nazirlikdən verilən məlumata görə, müraciətlərin 63%-i Bakı şəhərinin, 37%-i isə ölkə regionlarının payına düşür. Ümumiyyətlə, indiyədək 195-2-yə 58 mindən çox müraciət olunub.
Avtomobili qaçırdı, qəza törətdi
Noyabrın 13-də Gəncə şəhəri ərazisindən şəhər sakini Vahid Yusifova məxsus "Tofaş" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil həmin gün Gəncə Beynəlxalq Hava Limanının ərazisində əzilmiş vəziyyətdə tapılıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri - əvvəllər məhkum olunmuş Emin Quliyev və Amin Məmmədov tutulublar.
Həmyerlisini bıçaqlayan tutulub
Noyabrın 13-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Vüqar Qəmbərov münaqişə zəminində həmkəndlisi İsmayıl Qurbanova bıçaqla xəsarət yetirmişdir.DİN-dən verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qəmbərov tutulub. Araşdırma aparılır.
Balakən və Yardımlı sakinlərindən odlu silah götürülüb
Balakən sakinlərindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Talalar kənd sakini Kamran Musayevdən müvafiq sənədləri olmayan "İJ-1807" markalı, Hənifə kənd sakini Aydın Çıraqovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngləri götürülüb. Həmçinin Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini Samir Abbasovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngi götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Avropa İttifaqı Şurası Azərbaycanla yeni saziş üzrə danışıqların başlanması üçün mandat verib
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib.
Ərzağa nə qədər pul xərcləyirik?
2016-cı ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb. Dövlət Statistika Komitəsindən verilən məklumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Məmur uşaqlarının xaricdə oxuması qadağan edilir
Rusiya Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.
Nümayəndə heyətimiz “ITU Telecom World 2016” beynəlxalq sərgisində iştirak edir
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb.
Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər
Rusiya ilə İran arasında vizalar gələcəkdə ləğv oluna bilər. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.
TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib
Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.
Ərdoğan facetime ilə elçilik etdi
15 iyul gecəsi tərəfdaşlarını meydanlara səsləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə facetime vaistəsilə elçilik edib. Prezident məşhur türkiyəli aktyor Murat Yıldırım və sevgilisi İmane Elbani ilə görüşüb. Qısa söhbətdən sonar Ərdoğan facetime – görüntülü zənglə Elbaninin ailəsi ilə danışıb. Prezident həyat yoldaşı Əminə Ərdoğanla birgə Murat Yıldırım üçün elçi düşüblər. Ailədən müsbət cavab alan cütlüyün sevinci rəsmlərdən də aydın görülüb.
MTRŞ sədri: “Yayılan kadrarxası görüntülərə mən hələ 2014-cü ildə baxmışam”
““Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.














