195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətinin istifadəçilərinin sayı artıb
Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət edilib. Nazirlikdən verilən məlumata görə, müraciətlərin 63%-i Bakı şəhərinin, 37%-i isə ölkə regionlarının payına düşür. Ümumiyyətlə, indiyədək 195-2-yə 58 mindən çox müraciət olunub.
14 Noyabr 2016 16:48 SosialBu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət edilib. Nazirlikdən verilən məlumata görə, müraciətlərin 63%-i Bakı şəhərinin, 37%-i isə ölkə regionlarının payına düşür. Ümumiyyətlə, indiyədək 195-2-yə 58 mindən çox müraciət olunub. Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq, cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib. Oktyabr ayında həmçinin, 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 260-a yaxın, xidmətin istifadəyə verildiyi son 6 ayda isə 1400-dən çox vətəndaş istifadə edib. 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox lisenziyaların verilməsi barədə məlumat əldə ediblər.