Gündəm

Şahid: “Akif Çovdarov məni pəncərədən atacağı ilə hədələdi”

14 Noyabr 2016 15:57

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində ifadə verənlər arasında zərərçəkmiş şəxslər - Cəfər və Qəhrəman Səfərov qardaşlarının atası Qürbət Səfərovun da adı var.

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəzası istənilib

14 Noyabr 2016 15:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Akif Çovdarov vəkillərindən imtina edib YENİLƏNİB

14 Noyabr 2016 15:53

Akif Çovdarov məhkəməyə gətirilib.APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib. 

Rəsulullahın(s) möcüzələri haqqında

14 Noyabr 2016 15:49

Tərcümə edəni Elmira Qafarova Oxuculara təqdim olunan bu yazı “Məvahibu-l-ləduniyyə”-(“İlahi rəhmət”)əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545).Mühəddis,tarixçi,fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi,imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik “İrşədu-s-sari li şərhi sahih əl-Buxari”(digər adı “Məvahibu-l-ləduniyyə”); 8  cildlik “Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac”;”Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin “Burda”qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  “Məvahibu-l-ləduniyyə”-“İlahi rəhmət”-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı”Fəthu-l-Bəri”, digəri isə Bədruddin əl-Ayninin “Umdatu-l-qari”əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin “Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə”adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

“Rusiya heç vaxt Azərbaycana qarşı hərbi addlm ata bilməz”- ŞƏRH

14 Noyabr 2016 15:41

“Rusiya ilə birləşmiş qoşun qruplaşmasının yaradılması təşəbbüsü Ermənistana məxsusdur. Ermənistan bununla öz qoşunlarını Rusiyanın tabeçiliyinə keçirir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya və Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qoşun birləşməsinin başında erməni generallarının dayanması, əmri erməni hərbçilərinin verməsi mümkün deyil: “Bu, Rusiyanın qoşunu olacaq və onlar heç vaxt erməni generalının, hərbçisinin əmri ilə öz maraqlarının əksinə addım atmayacaqlar”.

Politoloq: "Azərbaycan ABŞ-la əməkdaşlığını inkişaf etdirəcək"

14 Noyabr 2016 15:39

“Hazırda Azərbaycanla ABŞ arasında əməkdaşlıq yüksək səviyyədədir. Amerikada yeni prezidentin seçilməsinin əməkdaşlığımızın daha da yüksələn xətlə davam etməsinə gətirib çıxaracağına inanırıq”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Altın Kelebek mükafatı sahiblərinə təqdim olundu

14 Noyabr 2016 15:37

Ötən gün Türkiyədə tamaşaçıların səsverməsi ilə keçirilən  43 – cü “Altın Kelebek” mükafatları öz sahiblərinə təqdim edilib. Mükafat məkan olan Zorlu Center –də təqdim olundu. Televiziya və musiqi sahəsinin ən yaxşılarını seçən mükafatlandırma mərasimi bu il də “Pantene Altın Kelebek Ödülləri” adı ilə təqdim olunub. Aktrisa Pelin Akil və şoumen Okan Bayülgenin aparıcılıq etdiyi gecə də 30 mükafat sahiblərinə qovuşdu.

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi

14 Noyabr 2016 15:35

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sosial xidmət müəssisələrindən 45 nəfər şəxs doğma ailə mühitinə qayıdıb

14 Noyabr 2016 15:33

Hazırda bu müəssisələrdə 1102  nəfər tam dövlət təminatında yaşayır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1102 nəfər şəxs tam dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.

Pomidor turşusundan zəhərlənən azyaşlı dünyasını dəyişib

14 Noyabr 2016 15:31

Azərbaycanda ölümlə nəticələnən daha bir zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 11-də Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan 6 yaşlı Elton Şirinov evlərində qidadan (pomidor turşusundan) zəhərlənib. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

4 yaşlı uşaq qardaşını güllələdi

14 Noyabr 2016 15:29

Astarada uşaq babasına məxsus tüfənglə ehtiyatsız davranaraq qardaşına xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də Astara rayonunun Siyəkü kəndində yaşayan 4 yaşlı Elvin Zahirzadənin babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə 3 yaşlı qardaşı Güloğlana xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Bakıda iş axtaran qadın döyülərək zorlandı - DƏHŞƏT

14 Noyabr 2016 15:25

Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb- DGK-dan rəsmi açıqlama

14 Noyabr 2016 15:24

Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, Komitə rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhəddi keçməsi təmin edilib.

Komitə iddialara cavab verdi

14 Noyabr 2016 15:22

“Həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil” Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistan Respublikasından Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsi bəyan edib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil.

Azərbaycanın stimullaşdırıcı təşviq mexanizmi

14 Noyabr 2016 15:20

Dünyanın qabaqcıl təcrübəsindən bəhrələnir  “Azərbaycan stimullaşdırıcı təşviq mexanizminin yaradılmasında dünya miqyasında özünü doğruldan qabaqcıl təcrübədən bəhrələnir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, ayrı-ayrı ölkələrin təcrübəsindən aydın olur ki, daxili istehsalın genişlənməsində əsas faktorlardan biri qismində məhz ixracın məqsədyönlü şəkildə təşviq olunması və stimullaşdırılması çıxış edir.