Gündəm
Deputat: “Azərbaycanın siyasi qüvvələri arasında heç bir problem yoxdur”
“Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, xarici qüvvələrlə, xüsusilə erməni lobbisinin təsiri altında olan ayrı-ayrı təşkilatlar ilə əməkdaşlıq edən və ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur.
Yaşıllıqların məhv edilməsi prosesi davam edir
Deputat: “ Özü də bir çox hallarda Bakının mərkəzində, sakinlərin gözü qarşısında” Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib. Ölkə parlamenti bununla bağlı Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilib. Belə ki, Cinayət Məcəlləsinin 259-cu maddəsində dəyişikliklə meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Rayonlarımız niyə yerli gəlirlər hesabına yaşaya bilmir?
İlham Əliyev: “Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var” Dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edə bilib. Ölkəmizin istehsal qabiliyyəti, aqrar sahənin inkişaf səviyyəsi və sair kimi iqtisadi güvənlik nəinki daxili tələbatı ödəməyə, həmçinin dünya bazarına məhsul çıxarılımasına imkan verir. Artıq Azərbaycanın brend məhsulları dünyanın bir sıra ölkələrində tələbata çevrilib.
Ali Baş Komandandan Ermənistana mesaj
“Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” Noyabrın 12-də Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı N saylı hərbi birləşməyə və döyüş postuna baş çəkib. Prezident milli ordunun hərbçiləri qarşısında çıxış edərək, Ermənistan tərəfə çox ciddi hərbi mesajlar verib. Belə ki, dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var.
Avtomatik, yaxud mexaniki idarəetmə...
Sürücülük vəsiqəsi üçün vətəndaşlara seçim imkanı veriləcək Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Bu barədə məsələ Milli Məclisin iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Belə ki, dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.
Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var
Ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Ancaq müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, bu təsir özünü minimum səiyyədə göstərir. Bunun əsas səbəbi isə Azərbaycanın zamanında böhrana qarşı adekvat addımlar atması, təkcə neft deyil, eləcə də qeyri-neft sektorunu inkişaf etdirməsidir.
Rusiya təyyarəsi ABŞ səmasında
Rusiya pilotları 14-19 noyabr tarixlərində ABŞ səmasında uçuş keçirəcək. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov məlumat verib.
Röya gecəyə geyimi ilə damğa vurdu
Ötən gün Türkiyədə "Altın Kelebek Ödülleri" mükafatlandırma gecəsi baş tutub. Milli.Az xəbər verir ki, Türkiyə şou-biznesinin böyük maraqla gözlədiyi tədbirə Azərbaycandan sevilən sənətçi Röya Ayxan da qatılıb.
Türkiyədə dollar sürətlə bahalaşır
Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır.
Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq
Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.
"Praporşik" arvad söhbətinə görə mayoru belə güllələdi - VİDEO
Bu il yanvarın 27-də Rusiyanın Komi muxtar respublikasındakı 31 saylı islah-əmək düşərgəsinin işçisi, praporşik Ş.Əliyevin həmkarı, mayor Xəlil Həsənovu necə güllələdiyinə dair istintaq tərəfindən yayılmasına qadağa qoyulmuş videokadrlar mətbuata sızıb.
Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı
Pensiya yaşına çatmış və ya pensiyaya çıxmış müəllimlərin böyük təcrübəsi Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır.
"Xədicə İsmayıl yalançı, saxtakardır" - Müxalifətdə yeni qalmaqal
İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu və jurnalist Xədicə İsmayıl arasında qalmaqal yaşanır.
Rəşad Məmmədovla bağlı 1 milyonluq - Qalmaqal
Dövlət Bayrağı İdarəsinin sabiq rəisi, dələduzluqda təqsirli bilinərək 1 il 1 ay 8 gün həbs cəzası çəkən Rəşad Məmmədov barəsində yenidən Daxili İşlər Nazirliyinə şikayət edilib.
ATV-dən Xoşqədəmə və... sərt ittihamlar
“Həmin materialları konkret yetkili şəxslərə təqdim etmişik” Azad Azərbaycan Televiziyası "Səni axtarıram” verilişinin müzakirələrə səbəb olan kadrarxası görüntüləri ilə bağlı açıqlama yayıb.














