Ali Baş Komandandan Ermənistana mesaj

“Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” Noyabrın 12-də Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı N saylı hərbi birləşməyə və döyüş postuna baş çəkib. Prezident milli ordunun hərbçiləri qarşısında çıxış edərək, Ermənistan tərəfə çox ciddi hərbi mesajlar verib. Belə ki, dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var.

"Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır"
 

Noyabrın 12-də Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı N saylı hərbi birləşməyə və döyüş postuna baş çəkib. Prezident milli ordunun hərbçiləri qarşısında çıxış edərək, Ermənistan tərəfə çox ciddi hərbi mesajlar verib. Belə ki, dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: "Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur, istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, ordumuzda nizam-intizam hökm sürür, maddi-texniki təminatı ən yüksək səviyyədədir". Prezident əlavə edib ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: "Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm". Dövlətimizin başçısı deyib: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!". Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttində Ermənistana verdiyi mesajı işğalçı dövlət ciddi xəbərdarlıq kimi qəbul etməlidir: "Ali Baş Komandanımız bir daha erməni işğalçılarının yadına saldı ki, tezliklə razılığa gəlib Azərbaycan torpaqlardan çıxmalıdırlar". Y.Aydəmirov bildirib ki, bu ilin aprel ayındakı müharibdən də geniş hərbi əməliyyatlar başlaya bilər. Və nəticədə bu dəfə ermənilər birdəfəlik susdurulacaq: "Əgər ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasalar, tezliklə aprel döyüşlərindən də kəskin hərbi əməliyyatlar başlanacaq və ermənilər sarsıdıcı cavablar alacaqlar.Tezliklə başlanacaq hərbi əməliyyatlar aprel döyüşlərinin 100 mislindən də güclü olacaq. Burada artıq bir neçə strateji yüksəklikdən söhbət getmir. Bu dəfə iri yaşayış məskənləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan rayonlarda hərbi əməliyyatlar baş tutacaq. Azərbaycan Müdafiə Nazirliyinin təçkilatçılığı ilə son günlər ayrı-ayrı qoşun növlərində genişmiqyaslı hərbi təlimlərin keçirməsi Ermənistana ünvanlanmış ciddi mesajlardır. Prezidentin bu tipli sərt mesajları onu göstərir ki, yaxın zamanlarda bir neçə böyük hərbi birliklərin iştirakı ilə döyüş əməliyyatı başlaya bilər. Əgər belə əməliyyatlar keçirilsə, bu dəfə ermənilər birdəfəlik susdurulacaq". Ehtiyatda olan general-leytenant əlavə edib ki, Azərbaycan Ordusunda nizam-intizam ən yüksək səviyyədədir: "Bu gün ən aşağı sıravi əsgərdən tutmuş, zabit heyətinə qədər hamı Ali Baş Komandanın bütün əmirlərini yerinə yetirməyə tam hazırdır". Millət vəkili Aydın Hüseynov bildirib ki, "Aprel döyüşləri" istənilən an baş verə bilər və bu, gündəmdədir. Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər ermənilərə açıq bir mesaj idi ki, Lələtəpə zəfərləri istənilən gün başlaya bilər". Onun sözlərinə görə, Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı birmənalı mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir: "Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yoluyla ərazilərin bütövlüyü çərçivəsində, Qarabağa ən yüksək status verilməsi ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Ölkə başçısı bu şərtlər daxilində Qarabağdakı ermənilərn təhlükəsiz yaşayışına təminat verir. Lakin bununla yanaşı, prezident İlham Əliyev onu da dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və bu, mümkün olan şey deyil. Azərbaycan prezidenti haqqında beynəlxalq aləmdə də bir fikir formalaşıb, o, dediyi sözün sahibidir. Deyibsə, onu mütləq həyata keçirəcək. O baxımdan, Azərbaycan prezidenti istər Füzuli rayonunda Lələtəpə zəfərlərinin davamlı olması, istərsə də münaqişənin həlli ilə bağlı verdiyi sözü-vədi həyata keçriməyə hazırdır. Lələtəpə zəfərlərinə gəldikdə isə inanıram ki, ermənilər danışıqlarda pozuculuq siyasətini davam etdirəcəksə və işğalçılıq siyasətindən əl çəkməyəcəksə, İlham Əliyev verdiyi sözü həyata keçirəcək. Necə ki, bunu 2016-cı ilin aprelində sübut etdi". Ölkə başçısının mütəmadi olaraq cəbhə bölgəsinə səfər etməsinin də təsadüfü xarakter daşımadığını dilə gətirən millət vəkili deyib ki, bu, təkcə diqqət və qayğı ilə tamamlanmır, eyni zamanda, orada yaşayan xalqa və orduya dəstək məqsədi daşıyır: "Yəni, ölkə başçısı hər dəfə cəbhə bölgəsində olarakən, ön cəbhədəki- təmas xəttindəki hərbçilərlə görüşür və vəziyyətlə yerində tanış olur. Bu, həm hərbçilərə mənəvi dəstəyə, həm də onların əhval-ruhiyyəsinin yüksək olmasına xidmət edir. Əsgərlərimizdə torpaqlarımızın tezliklə işğaldan azad olunmasına əminlik hissi oyadır. Bu, xalq, ordu və ölkə rəhbərliyi arasındakı vəhdətin, birliyin göstəricisidir. Ölkə başçısının Lələtəpə ilə bağlı səsələndirdiyi bəyanata gəldikdə isə deyə bilərəm ki, bu, ermənilərə ciddi bir mesajdır. Ermənilərə açıq bir mesaj verdi ki, işğalçılıq siyasətindən əl çəkməyəcəyiniz təqdirdə, Lələtəpə zəfər davam edəcək və biz buna hazırıq". Aprel döyüşləri və Lələtəpə zəfərlərinin təkrarlanmasına gəlincə, millət vəkili bildirib ki, aprel döyüşləri istənilən an başlaya bilər və bu, məsələ gündəmdədir: "İstənilən an aprel döyüşləri başlaya bilər. Elə ölkə başçısının Füzuli rayonunda səsləndirdiyi bəyanatlardan ermənilərin narahatçılıq keçirməsinin də əsas səbəbi budur. Artıq ermənilər Azərbaycan ordusunun nəyə qadir olduğunu bilir. Bununla belə, əgər ordumuz "Aprel döyüşləri"nədək nə qədər güclü idisə, ondan sonra daha da güclənib. Müasir silahlarla təmin olunub. Mütəmadi təlimlərə keçirməklə hər an döyüşə hazır vəziyyətə gətirilir. Bütün bunlar erməni tərəfini ciddi əndişələndirir və yuxularını ərşə çəkir. Onlar yaxşı anlayır ki, növbəti həmlə onlar üçün son olacaq. Odur ki, Lələtəpə zəfərləri qaçılmazdır və hər an bu əməliyyatalra başlanıla bilər".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31