Akif Çovdarov vəkillərindən imtina edib YENİLƏNİB

Akif Çovdarov məhkəməyə gətirilib.APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib. 

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. 

Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib.

Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib.

Proses noyabrın 15-də davam etdiriləcək. 

***

Akif Çovdarov məhkəməyə gətirilib.APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib. 

A. Çovdarov hazırda vəkili Kamandar Nəsibovla görüşür. 

Prosesin günün ikinci yarısı başlaması gözlənilir. 

***

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin istintaq Təcridxanasından məhkəməyə arayış göndərilib.

APA-nın xəbərinə görə, bu barədə A. Çovdarovun vəkili bildirib. Vəkil deyib ki, bu gün məhkəməsi davam edən təqsirləndirilən şəxslərdən Akif Çovdarovdan başqa digərləri məhkəməyə gətirilib. 


Proses 12:30-da keçiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31