Komitə iddialara cavab verdi

“Həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil” Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistan Respublikasından Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsi bəyan edib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil.

"Həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil"
 

Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistan Respublikasından Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsi bəyan edib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31