Altın Kelebek mükafatı sahiblərinə təqdim olundu

Ötən gün Türkiyədə tamaşaçıların səsverməsi ilə keçirilən  43 – cü “Altın Kelebek” mükafatları öz sahiblərinə təqdim edilib. Mükafat məkan olan Zorlu Center –də təqdim olundu. Televiziya və musiqi sahəsinin ən yaxşılarını seçən mükafatlandırma mərasimi bu il də “Pantene Altın Kelebek Ödülləri” adı ilə təqdim olunub. Aktrisa Pelin Akil və şoumen Okan Bayülgenin aparıcılıq etdiyi gecə də 30 mükafat sahiblərinə qovuşdu.

Ötən gün Türkiyədə tamaşaçıların səsverməsi ilə keçirilən  43 - cü "Altın Kelebek" mükafatları öz sahiblərinə təqdim edilib. Mükafat məkan olan Zorlu Center -də təqdim olundu. Televiziya və musiqi sahəsinin ən yaxşılarını seçən mükafatlandırma mərasimi bu il də "Pantene Altın Kelebek Ödülləri" adı ilə təqdim olunub. Aktrisa Pelin Akil və şoumen Okan Bayülgenin aparıcılıq etdiyi gecə də 30 mükafat sahiblərinə qovuşdu.

Ən yaxşı serial: "Diriliş Ertuğrul" (TRT)  baş prodüsseri və ssenaristi olan Mehmet Bozdağ alıb. Serial iştirakçılarına mükafatı Türker İnanoğlu təqdim edib.

Ən yaxşı qadın aktrisası mükafatını Burçin Terzioğluna (Poyraz Karayel - Kanal D) Yeşilcamın məşhur aktrisası Tükan Şoray alqışlarla verib.

Ən yaxşı kişi aktyoru kimi isə yenə də Poyraz Karayel serialında baş rolu canlandıran İlker Kaleli alıb. Ona mükafatı Meryem Üzerli təqdim edib.

Ən yaxşı uşaq aktyoru:  Beren Gökyıldıza (SHOW TV) mükafatı keçən il ən yaxşı uşaq oyunçusu seçilən Ataberk Mutlu verib.

İlin səsli özel media mükafatı CNN TÜRK kanalından Hande Fırat alıb.

15 iyul gecəsinin unudulmaz siması olan Hande Fırata mükafatı Doğan Holdinqin prezidenti Aydın Doğan təqdim edib.

Ən yaxşı kişi aparıcısı Beyazit Öztürkə mükafatı Barış Tünay verib.

Ən yaxşı proyektə görə ayrılan mükafat Tarkana verilib. (Ah de vefa) Mükafatı müğənniyə məşhur Türk sənətçisi Müzeyyen Senarın qızı Feraye İşıl təqdim edib.

Ən yaxşı rejissor kimi isə Çağrı Vila Lostuvalı alıb. Mükafatı rejissora Mahsun Kırmızıgül verib.

Ən yaxşə serial cütlükləri nominasiyasında mükafata Kanal D - də yayımlanan "Tatlı intiqam" serialının baş rol ifaçılari Funda Andıç - Leyla Lyida Tuğutluya mükafatı müğənni Gülben Ergen verib.

İlin mahnısı mükafatını Ayla Çelik "Bağdat" mahnısına görə aldı. Mükafatı müğənniyə yaxın dostu və mahnıda duet ortağı olan Beyazit Öztürk təqdim etdi.

Ən yaxşı klip Hande Yener və Gülşənin "Aybaba" mahnılarına olan klipə verilib.Mükafatı müğənniyə  rejissor Abdullah Oğuz verib.

Ən yaxşı komediya serialı kimi isə "Kiralıq aşk" (Star TV) mükafatlandırılıb. Serialın bütün heyəti mükafatı məşhur aktyor Müjdat Gezenin əlindən alıblar.

Ən yaxşı komediya serialında qadın aktrisa "Kiralıq aşk" serialınında baş rolu canlandıran aktrisa Elçin Sanguna mükafatı məşhur aktyor Cünüyt Arkın təqdim edib.

Ən yaxşı komediya serialında kişi aktyoru nominasiyasında da mükafata eyni adlı serialda əasas rolu canlandıran Barış Arduça Cüneyt Arkın təqdim etdi.

Ən yaxşı qadın aparıcısı Müge Anlı və ilin ən yaxsı televiziya verlişi kimi mükafatı da Müge Anlının "Tatlı sert" verlişi laiq görülüb.

Ən yaxşı qadın xəbər aparıcı isə Star Tv aparıcısı Nazlı Çelik olub. Mükafatı xanıma Erdoğan Aktaş təqdim edib.

Ən yaxşı kişi xəbər aparıcısı isə FOX tv -dən Fatih Portakal laiq görülüb. Müekafatı "Hüriyyet" qəzetinin baş redaktoru Sedat Ergin verib.

Musiqidə özel 20 il mükafatını isə Demet akalına Ebru Gündeş təqdim edib.

Ən yaxşı musiqi qrupu isə "Qripin" hesab olunub.

Xaricdə ən yaxşı konsert verən müğənni kimi isə Murat Boz laiq görülüb.

Musiqidə 50 - il özel mükafatına isə Selami Şahin alıb.

Ən yaxşı gündüz verlişi kimi mükafata "Kismetse olur" (Kanal D), ən yaxşı maqazin verlişi mükafatına isə "Rengli Sayfalar" (Kanal D) laiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31