Ərdoğan: "İlin sonunadək gözləyəcəyik, sonra isə..."

Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq. Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq.

Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.

R.T.Ərdoğan deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.

Türkiyə prezidenti bildirib: "Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31