Bakıda keçmiş məhkumlar Pakistan vətəndaşını bıçaqladılar

Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb. Olaylar.az report-a istinadən bildirir ki, hadisə Cavadxan küçəsində baş verib. Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahan həmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə ediblər. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb.

Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb.

Olaylar.az report-a istinadən bildirir ki, hadisə Cavadxan küçəsində baş verib.
Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahan həmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə ediblər. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb. Məlum olub ki, hadisəni törədən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Zaur Hacıbalayev, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Səbuhi Abdullayevdir. Onlar tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31