Uşaqlara turşu vermək olarmı? MÜTƏXƏSSİS RƏYİ

Son zamanlar  turşu zəhərlənmələri hallarının çoxaldığının şahidiyik. Lakin bu zəhərlənmələrdə daha çox azyaşlıların əziyyət çəkdiyi gözdən yayınmır. Belə ki bir müddət bundan öncə  Bərdədə  bir ailədə  bir neçə nəfər pomidor turşusundan zəhərlənmişdi ki onların arasında 5 yaşlı uşağa süni nəfəs aparatı qoşulmuşdu. Bu gün isə  Ağcabədi rayonunda 6 yaşlı uşağın pomidor turşusundan zəhərlənərək öldüyü xəbəri yayılıb. Ümumiyyətlə, uşaqlara turşu vermək olarmı və bu turşular necə hazırlanmalıdır?

Bununla bağlı SİA-ya açıqlama verən respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, 1 yaşından  sonra uşaqlar turşu yeyə bilər.

Onun sözlərinə görə, lakin həmin turşu tələb olunan texnologiyaya uyğun olmalıdır: "Ümumiyyətlə, pediatrlar ev şəraitində hazırlanan turşuların uşaqlara verilməsini məsləhət görmürlər. Çünki müvafiq qaydalara riayət etməyəndə infeksiyalar tərəvəzlərdə yapışıb qalır və belə turşular uşaqlarda ağır dərəcəli zəhərlənmələrə gətirib çıxarır.  Uşaqlara yalnız sənaye üsulu ilə  hazırlanan turşular vermək olar. 1 yaşına qədər uşaqlara turşu verilməməlidir".

N. Quliyev söyləyib ki, uşaq orqanizmi böyüklərdən orta hesabla 3 dəfə gərgin və tez rejimdə çalışır: "Uşaq orqanizminin 1 dəqiqədə maddələr mübadiləsinin mənimsədiyi oksigenin miqdarı böyüklərlə müqayisədə 3 dəfə çoxdur. Azyaşlılarda bədən intensiv inkişaf etdiyi üçün onların orqanizmdə zəhərlənmə halı daha tez özünün biruzə verməyə başlayır. Gərgin rejimdə çalışan  orqanizmdə problem daha tez  özünü göstərir. Bizim valideynlərə turşuları ev şəraitində hazırlamamağı məsləhət görürük. Hazırladıqları zaman həmin turşulardan uşaqlara yeməyə qoymasınlar".

Respublikanın baş pediatrı Nəsib Quliyev əlavə edib ki, əgər qida ilə bağlı zəhərlənmə halı qeydə alınıbsa, valideynlər uşağın mədəsini mümkün qədər tez yumalı və ya çoxlu maye verməklə qusdurmalıdırlar: "İlk yardım məhz mədə-bağırsağın yuyulması ilə edilə bilər. Daha sonra mütləq şəkildə həkimə müraciət olunmalıdır".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31