Gündəm
Əmək Nazirliyi 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsləri minik avtomobili ilə təmin etdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim olunub. Onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir.
“Həddi-büluğa çatmayanlar gecə 12-yə kimi restoran və barlarda qalırlar”
“Həddi-büluğa çatmayan uşaqlar gecə saat 12-yə kimi restoran və barlarda qalırlar. Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar”.
Azərbaycandakı canlı ölülərlə nə edək?
"Loyal hakimiyyətə nail olmaq istəyirsənsə, bir razı və 3 paxıllıq edəndənsə dörd narazıya nail olmaq daha yaxşıdır". Qərb siyasətinin təməl qanunlarından biri, xüsusilə də Yaxın Şərq, Şimali Afrika və postsovet məkanı ölkələri ilə bağlı onillərdən bəri işlək sayılan doktrinanın məhvəri budur.
Əlilliyin qiymətləndirilməsi bir neçə TSEK-də aparılacaq
"Əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur”.
Nazir əlilliyin verilmə qaydalarından danışdı
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib.
"Münaqişə zonasına gedən jurnalistlərə təlimlər keçirilməlidir"
"İnformasiya agentlikləri yeni çağırışlarla üzləşir".SİA-nın xəbərinə görə, bunu Bolqarıstan BTA agentliyinin baş direktoru Maksim Minçev Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində sessiyada çıxış edərkən deyib.
Müşfiq Ələsgərli: “V Konqresin Bakıda keçirilməsinin bizim üçün əlavə anlamı var”
“Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı sıradan bir tədbir deyil, BMT tərəfindən dəstəklənir”. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Aslan Aslanov: "2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanmışıq”
Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var. Dünyanın 7 böyük regional təşkilatı bu konqres ətrafında birləşir". SIA-nın məlumatına görə, bunu “Azərtac”ın baş direktoru Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.
“Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib
Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrasının təşkilatçılığı ilə “Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası ilk Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlətimizin, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağn qadağan edildiyini diqqətə çatdırıb.
Azərbaycanda qızına qarşı iyrənc hərəkət edən kişinin DƏHŞƏTLİ ÖLÜMÜ - YENİLƏNİB
Bu gün Şirvan Şəhər Polis Şöbəsində intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 50 yaşlı Muradov Vaqif Şahbalı oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.
1150 nəfərin ölkədən çıxışına qadağa qoyulub - borca görə - SİYAHI
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri və fiziki şəxslərin siyahıları açıqlanıb. Olaylar.az bildirir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
"Bu qanun valideynləri müxtəlif bəhanələrdən çəkindirəcək"
Azərbaycanda xəstəliyin son mərhələsində olma, stasionar tibb müəssisələrində yerləşdirilmə, həbs olunma uşaqlarını baxımsız qoyan valideynlər üçün öz vəzifələrini yerinə yetirə bilməməsinin üzrlü səbəbləri hesab ediləcək.
Millət vəkili: "Günah nə polisdədir, nə də yollarda"
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə xüsusi maşın nömrələri ilə bağlı iradlarını bildirib.
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçdi
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə qərar Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresində verilib.
Prezident İlham Əliyev: "Nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir?"
"Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar". Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin "Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?" sualına cavabında deyib.














