Azərbaycanda qızına qarşı iyrənc hərəkət edən kişinin DƏHŞƏTLİ ÖLÜMÜ - YENİLƏNİB
Bu gün Şirvan Şəhər Polis Şöbəsində intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 50 yaşlı Muradov Vaqif Şahbalı oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.
17 Noyabr 2016 14:42 SosialBu gün Şirvan Şəhər Polis Şöbəsində intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 50 yaşlı Muradov Vaqif Şahbalı oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Bildirilir ki, 50 yaşlı V.Muradov övladlığa götürdüyü və 14 yaşı hələ tamam olmamış qızına qarşı etdiyi seksual xarakterli zorakılıq əməlinə görə tutulub. Bu barədə polisə məlumat daxil olan kimi araşdırma başlayıb. İlkin olaraq fakt təsdiqini tapıb.
Törətdiyi əməlin yaratdığı ağır psixoloji təzyiqin təsirində olan 50 yaşlı kişi bu gün səhər saatlarında boğaz və qol damarlarını kəsərək intihar edib.
***
Şirvan Şəhər Polis Şöbəsində intihar edən şəxs özünü asılqanla doğrayıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə noyabrın 17-də səhər saatlarında baş verib. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə gətirilən, 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov şöbənin müvəqqəti saxlanma yerində paltar asılqanını qırıb. Həmin asılqanın qırığı ilə o, boğazını və qollarını doğrayıb. Polis əməkdaşları hadisədən gec xəbər tutduqlarından V.Muradov dünyasını dəyişib.
Məlumata görə, intihar edən şəxs Sabirabad rayon sakinidir və o, Cinayət Məcəlləsinin 153.3-cü (Əxlaqsız hərəkətlər - aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsilə ittiham olunaraq saxlanılıb.
Meyit məhkəmə-tibb ekspertizasından keçirilib. Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
Şirvan Şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.
APA bildirir ki, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan Rayon Polis Şöbəsində saxlanılırmış.
Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.