Əlilliyin qiymətləndirilməsi bir neçə TSEK-də aparılacaq
"Əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur”.
17 Noyabr 2016 14:52 Sosial"Əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur". Bunu deyəm əmə və social müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, əgər eyni göndəriş üzrə TSEK-lərin qəbul etdiyi qərarlarda fərqlilik, uyğunsuzluq olarsa, tam obyektiv qərarın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçiriləcək. S.Müslümov diqqətə çatdırıb ki, TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirməlidir: "Qiymətləndirmənin nəticələri TSEK-də bir iş günü ərzində kollegial qaydada müzakirə olunduqdan dərhal sonra qərar qəbul olunacaq. Bu qərar, habelə əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, qərarın aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş, onun üçün nəzərdə tutulan əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə də təsdiqlənəcək". Nazir bildirib ki, bununla yanaşı, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmaması və s. hallarda TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında məlumatları TSERAS-a daxil edəcək. Bu zaman müayinənin artıq Xidmət tərəfindən həyata keçirilməsini zəruri edən səbəblər də sistemə ötürüləcək və Xidmət TSERAS vasitəsilə və anonimlik şəraitində bu məlumatları qəbul edərək, obyektiv qərar verəcək".