Gündəm

Sevgilisinə xəyanət etdiyi göndərdiyi FOTO ilə üzə çıxdı

17 Noyabr 2016 15:50

Amerikada sevgilisinə işlə bağlı getdiyi şəhərdə qalacağı yer haqda məlumat vermək istəyən qız özünü "işə salıb".

Sorğu: ABŞ mediası prezident seçkilərini qərəzli işıqlandırır

17 Noyabr 2016 15:42

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyətinin (80%) fikrincə, ölkədə keçirilən son prezident seçkilərinin işıqlandırılması zamanı KİV namizədlərdən hansısa birinə qarşı qərəzli münasibət sərgiləyir. Bununla yanaşı, ABŞ sakinlərinin yarıdan çoxu (59%) həm ümumölkə, həm yerli KİV-in qeyri-obyektivliyini qeyd edir.

Gələn ildən sosial evlərə sahib olmaq mümkün olacaq

17 Noyabr 2016 15:41

İlk güzəştli mənzillər Yasamal rayonunda inşa ediləcək Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə biləcək. Bu Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “”MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası” sənədində əksini tapıb.

Bakıda ali məktəblər, kolleclər, yataqxanalar dezinfeksiya edilir

17 Noyabr 2016 15:35

Bakıdakı bütün ali məktəblərdə, kolleclərdə və məktəbəqədər təhsil müəssisələrində, məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə, o cümlədən köçkün yataqxanalarında qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirləri aparılıb.

Gecə klubları gəncliyi uçuruma aparır

17 Noyabr 2016 15:33

Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlıqdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ilə bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində də müzakirəyə çıxarılıb.

Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb 

17 Noyabr 2016 15:32

Bakıda oğurluq faktınnı üstü açılıb. DİN-dən verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktaybrın 19-da Bakı şəhər sakini Eldar Məhərrəmovun evindən 3000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Elvin Alıyev tutulub.

22 yaşlı kişi binadan yıxılaraq öldü

17 Noyabr 2016 15:30

Bakıda 22 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. “Olaylar” xəbər verir ki, hadisə tikintisi başa çatmayan tikilidə baş verib. Belə ki, Saatlı rayon sakini 1994-cü il təvvəllüdlü Azad Abbasov ehtiyatsızlıqdan fəhlə kimi çalışdığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Kəllə-beyin travması xəsarətləri alan A.Abbasov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, ölüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. 

Büdcə müzakirələri 30 noyabrdan başlayacaq

17 Noyabr 2016 15:26

Milli Məclisin komitələri noyabrın 30-dan etibarən 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlayacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Ziyad Səmədzadə deyib. O, bildirib ki, noyabrın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daxil olan qanunların müzakirəsinə başlayacaq. Büdcə zərfi dekabrın 6,7 və 8-də parlamentin plenar iclasında müzakirə olunacaq.

Bakıda 13 min 200 pirotexniki vasitə aşkarlandı

17 Noyabr 2016 15:27

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13 min 200 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Dünyanın ən xoşbəxt adamı - 7 dəfə ölümdən qurtuldu, milyonçu oldu - VİDEO

17 Noyabr 2016 15:16

Frane Selaki 7 dəfə təhlükəli qəzadan sağ-salamat çıxmağı bacarıb. Hətta bir dəfə lotoreyada yüksək məbləğdə pul da udub. Məhşur xorvat drijor dünyanın ən xoşbəxt adamı sayıla bilər. Beləki, 83 yaşlı Frane 50 il bundan öncə onun da getdiyi qatar relsdən çıxaraq buzlu suya düşüb və o, sağ qalıb.

Güzəştli mənzilləri kimlər və necə əldə edə bilərlər?

17 Noyabr 2016 15:14

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərman əsasən vətəndaşların mənzilləri güzəştlə əldə edə bilməsi məqsədilə verilib.

Yadplanetlilərin Yerə enəcəyi gün...

17 Noyabr 2016 15:10

Dünya öz mövcudluğunun çoxunu yaşayıb və artıq hər şey sona doğru gedir. Publika.az xəbər verir ki, bu barədə Barselona Universitetinin tədqiqatçısı Ferqus Simpson deyib.

İki il Tramp üçün çox çətin keçəcək – Moskvadan PROQNOZ

17 Noyabr 2016 15:09

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Konqres arasında qarşıdurma ən yaxın iki il ərzində baş verəcək”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev deyib.

Azərbaycan bu oğlanı İnterpolla axtarır: səbəbi maraqlıdır

17 Noyabr 2016 15:07

Azərbaycan Respublikası (AR) daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib. Olaylar.az report-a istinadən bildirir ki, Rasim Quliyev adlı şəxs AR Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Multikulturalizm xarici siyasətin mühüm strateji amilinə çevrilib 

17 Noyabr 2016 15:04

Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir