Gündəm

Deputat: "Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb"

17 Noyabr 2016 16:35

"Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu."

2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib

17 Noyabr 2016 16:34

Bu ilin ötən dövrü ərzində 2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib. Bu barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Göyçayda güzəştli kreditlər hesabına logistik mərkəz tikilir

17 Noyabr 2016 16:32

Noyabrın 17-də Göyçay rayonunun Ləkçıplaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Barama toxumlarının, tut tinglərinin və fındıq pöhrələri pulsuz paylanılacaq

17 Noyabr 2016 16:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tehranda çirkli hava 412 nəfərin ölümünə səbəb olub

17 Noyabr 2016 16:16

Artıq 10 gündən çoxdur ki, Tehranda çirkli hava şəraiti davam edir.  Olaylar.az APA-ya istinadən bildirir ki, hava kirliliyini azaltmaq üçün şəhər rəhbərliyi böhran komitəsi yaradıb. Yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub, bəzi sənaye müəssisələrində iş dayandırılıb, məktəblərdə tətil elan olunub.

Səlahəddin Dəmirtaşa 5 il həbs istənildi

17 Noyabr 2016 16:15

PKK terror təşkilatını təbliğ etdiyinə görə həbs edilən Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın ilk məhkəmə iclası keçirilib. Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, Adana 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda Dəmirtaşı müdafiə etmək üçün bir neçə vəkil iştirak edib.

Ukrinfo: Bakıdakı Konqres peşəkarlıq cəhətdən çox böyük təcrübədir

17 Noyabr 2016 16:12

Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir. Olaylar.az bildirir ki, bu sözləri bu gün Trend-ə Ukrayna Milli İnformasiya Agentliyinin baş direktoruAleksandr Xarçenko deyib.

Bölgələrdə analoq yayımın 3 mərhələdə dayandırılması gözlənilir

17 Noyabr 2016 16:11

Bölgələrdə analoq yayımın dayandırılması mərhələli şəkildə keçirilə bilər. APA-nın əldə etdiyi məlumata görə, məsələ bu günlərdə Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirə olunacaq.

Gömrükçülər gücləndirilmiş iş rejiminə keçdilər

17 Noyabr 2016 16:08

Gürcüstan-Rusiya magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib Gürcüstan Respublikası ilə Rusiya Federasiyası arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.

DMX rəisi İran səfiri ilə görüşüb

17 Noyabr 2016 16:06

Noyabrın 17-dә Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İran İslam Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Cavad Cahangirzadә ilә görüşüb.

Real olduğuna inanmayacağınız FOTOLAR

17 Noyabr 2016 16:03

Publika.az heç bir qrafikadan istifadə edilmədən, tamamilə fotoqrafın yaradıcılığı nəticəsində çəkilən şəkilləri toplayıb.

Qanun layihəsi hazırlandı - ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK

17 Noyabr 2016 15:59

ABŞ-ın Kaliforniya ştatından olan senator Barbara Bokser ölkə prezidentinin birbaşa seçilməsi və Seçicilər Kollegiyasının ləğvini nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.

Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə yeni təyinat

17 Noyabr 2016 15:58

Mərkəzi Klinik Xəstəxanasında (MKX) rəhbərlik dəyişib. Xəstəxananın müdiri Toğrul Adıgözalovun yerinə 2007-ci ildən Xüsusi Müalicə Sağlamlığ Kompleksinə rəhbərlik etmiş əməkdar həkim İxtiyar Sultanov təyin edilib.

Çevriliş, yoxsa Maydan III? - Putinin “dostları və qardaşları” qisas ala biləcəkmi?

17 Noyabr 2016 15:57

Noyabrın 15-də Kiyevin mərkəzində hakimiyyət əleyhinə şüarlar yenidən səsləndi. Aksiyaları “Maydan 3” adlandırırlar. Nümayişçilər aksiyaların müddətsiz keçirəcəyini bildirirlər. Hakimiyyətin tərəfdarları isə küçələrə çıxan insanları “Putinin dostları” adlandırır və vəziyyətin kəskinləşəcəyi halda onları güllələməyə söz verirlər.

İrimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib

17 Noyabr 2016 15:55

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.