Gündəm
TASS: "Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir"
Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir. Olaylar.az bildirir ki, bu sözləri bu gün Trend-ə Rusiyanın TASS informasiya agentliyinin baş direktoruSergey Mixaylov deyib.
Novruz bənövşələri, özgə dildə salamlar və ana dilli filoloq
Maraqlı məqamdır. Kollektivimizin təcrübəli əməkdaşlarından olan Firuzə xanım Əliyeva haqqında qələmə almaq istədiyimiz sətirlərin əvvəlində onun özündən əvvəl otaq yoldaşı Rəfiqə xanım Əsgərova yada düşür. Bu isə Rəfiqə xanımın qismətindən deyil, əməllərindən qaynaqlanan bir “təsadüfdür”. Çünki o, iş yoldaşlarımızın, həmkarlarımızın həyatındakı əlamətdar günləriə, faktlara, hadisələrə hamıdan çox sevinir və həmin sevinci dərhal bütün kollektivin bilməsinə imkan yaradır. Sanki Allah bu xanımı sevincıi günlər, anlar üşün yaradıb. Elə Firuzə Əliyevanın daha bir yubiley yaşına çatması barədə məlumatı da mənə o verdi və... istədiyinə nail oldu. Yəni o istəyirdi ki, Firuzə xanım haqqında nə isə yazaq.
Mingəçevir su anbarında ZƏLZƏLƏ - YENİLƏNİB
Bu gün yerli vaxtla saat 13:53:41-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçvir su anbarında zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmətindən Trend-ə verilən məlumata gröə, zəlzələ hiss olunmayıb.
Akif Çovdarov: "Digərlərini buraxın, nəyi desəniz, imzalayım" - YENİLƏNİB
Bu gün günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bakıda tanınmış yazıçının 12 yaşlı nəvəsi dərman içib öldü
Paytaxtda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb. “Report” bildirir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsində qeydə alınıb.
ABŞ-da nəhəng neft yatağı aşkarlandı
Texas ştatında ABŞ tarixinin ən böyük neft hövzəsi aşkarlanıb. Onun hasil edilə bilinəcək ehtiyatları 20 milyard barel neft və 16 trilyon kubmetr qaz həcmindədir.
"Başımda 24 milyon şey var..." deyib qadınları söyən gömrük zabiti qovuldu
Gömrük postlarından birində ölkəyə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub. Olaylar.az bildirir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən deyilib.
Şagirdini zorlamaqda ittiham olunan direktor azadlıqda
Zərdab rayonu Şahhüseynli kəndində şagirdini zorlamaqda ittiham olunduğu üçün saxlanılan məktəb direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb. Olaylar.az xəbər verir ki, Kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a bildirib ki, C.Tofiqli ötən gecə həbsdən buraxılıb. "Onun necə azadlığa buraxılması barədə heç bir məlumatım yoxdur. Bildiyim qədəri ilə hələ ekspertiza aparılmayıb".
Başqa kişiylə yazışan ərli qadını belə İFŞA ETDİLƏR
ABŞ-da həyat yoldaşı ilə birgə beysbol izləyən qadının xəyanəti ifşa edilib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, mobil telefonu ilə Nansi adlı şəxslə gizli-gizli mesajlaşan qadını onların arxa cərgəsində əyləşən iki qız ifşa edib.
Rusiya bazarlarına nəzarət "Diplomat" və "Quli"yə keçdi
Bəzi KİV-də Moskvadakı etnik kriminal qruplaşmalar arasında "göyərti bazarı" uğrunda mübarizənin kəskinləşməsi barədə xəbərlər sifarişli xarakter daşıyır.
Tramp Ağ Evdə prezidentlik edə bilməyəcək - SƏBƏB
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ bir il ərzində Ağ Evdəki Dairəvi kabinetdən iş üçün istifadə edə bilməyəcək.
Münaqişə zəminində həmyerlisini bıçaqladı
Noyabrın 11-də Göyçay şəhəri ərazisindən şəhər sakini Pərviz Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, o, izahatında şəhər ərazisində yıxılma nəticəsində xəsarət aldığını bildirmişdir. Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün P.Əliyevlə həmyerlisi Ruslan Xəlilov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə R.Xəlilov tutulub.
Ruhi xəstə həmyerlisini qətlə yetirib
Noyabrın 16-da Quba rayonunun Barlı kəndində kənd sakini, ruhi xəstə Yusif Babayev həmkəndlisi Ramiz Məmmədova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada dünyasını dəyişib. Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Babayev tutulub.
Maşın qaçıran tutulub
Oktyabrın 1-də Bakı şəhər sakini Afiq Cabbarova məxsus "Opel" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Daevoo" markalı avtomobilin Sabirabad rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılmış və onu idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilmişdir.
Quldurluq edən dəstənin 2 üzvü saxlanıb
Noyabrın 15-də rayon sakini Rəhman Qəhrəmanovun evindən 1600 manat pul və 3300 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparılıb. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qızılı aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Rauf Abbasov və İlqar Xeyrişli tutulublar.














