Mingəçevir su anbarında ZƏLZƏLƏ - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 13:53:41-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçvir su anbarında zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmətindən Trend-ə verilən məlumata gröə, zəlzələ hiss olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 17 noyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 13:53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarı ərazisində, 23 km dərinlikdə, 3,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Milli-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss edilib. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

***

Bu gün yerli vaxtla saat 13:53:41-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçvir su anbarında zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmətindən Trend-ə verilən məlumata gröə, zəlzələ hiss olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31