Gündəm

Səfir Erkan Özoral Nəsimi rayon İcra Hakimiyyətində olub

17 Noyabr 2016 18:18

Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Erkan Özoralın Azərbaycanda diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.

Almaniya səfiri BANM-də olub

17 Noyabr 2016 18:17

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. “Olaylar” xəbər verir ki, rektor Elmar Qasımov səfirə Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr haqqında məlumat verib. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkürürü bildirmiş, BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini vurğulayıb. Diplomat Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açmış, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib. 

"Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilmişdir

17 Noyabr 2016 18:15

“Azneft” İstehsalat Birliyi “Qərbi Abşeron” yatağında hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm tədbirlər görür. Socar.gov.az xəbər verir ki, bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilmişdir.

Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verilib

17 Noyabr 2016 18:14

Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Vergi borcu olanlara qarşı sərt tədbir görüləcək

17 Noyabr 2016 18:12

Vergilər Naziriliyinə borclu şəxslərə qarşı sərt tədbirlər görmək səlahiyyəti verilir. Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.

Millət vəkilindən etiraz: “Daşınar əmlak nədir?”

17 Noyabr 2016 18:11

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin noyabrın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik deputatlar arasında ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub.

Yaşayış minimumu 155 manata çatdırılır

17 Noyabr 2016 18:05

2017-ci ildə Azərbaycanda yaşayış minimumunun dəqiq rəqəmi açıqlanıb. Bu barədə Milli Məclisdən verilən məlumatda bildirilir ki, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olması təklif edilir.

Sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı azaldılır

17 Noyabr 2016 18:04

Sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı azaldıla bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib. Qanun layihəsində 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 82-ci bəndinin ləğv edilməsi təklif edilir.

Deputat: “Bu, çox eybəcər bir şeydir”

17 Noyabr 2016 18:03

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan problemlərdən danışıb.

Türkan Şoray Bakıda: "Azərbaycanı, azərbaycanlıları çox sevirəm"

17 Noyabr 2016 17:57

Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır. Aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib.  Olaylar.az big.az-a istinadən aktrisanın ilk təəssüratlarını təqdim edir: 

Müdafiə naziri: "Türkiyə SQ-dan 20 mindən artıq hərbçi xaric edilib"

17 Noyabr 2016 17:41

Türkiyə Silahlı Qüvvələrindən xaric edilmiş şəxslərin sayı 20 min nəfərdən artıqdır.  Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Parlamentində çıxışı zamanı ölkənin müdafiə naziriFikri İşıq deyib.

Merkel hansı Azərbaycan bəstəkarının musiqisini dinləyir?

17 Noyabr 2016 17:37

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirlir. Olaylar.az bildirir ki, Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı OYAN diski Almaniya kansleri Angela Merkeltərəfindən də əldə olunub.

Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"

17 Noyabr 2016 17:34

Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir. Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.

Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

17 Noyabr 2016 17:33

Ekspertlər erməni KİV-də Azərbaycan diversiya qrupunun Dağlıq Qarabağda əməliyyat keçirmək niyyəti haqqında yalan informasiya dərc edilməsinin təsadüfi olmadığını, bunun arxasında bir neçə səbəbin dayandığını düşünürlər. Onların sırasında daxildə korrupsiya və rüşvətin tüğyan etməsi nəticəsində yaranmış çox ağır vəziyyətlə yanaşı, xarici amillər də var. Ermənistanda yeni seçilmiş hökumət vəziyyəti yaxşılaşdıra biləcək bir proqram təqdim edə bilməyib. Ekspertlər bunun, ümumiyyətlə, Ermənistanın müstəqil iqtisadi siyasət yeridə bilmək iqtidarında olmaması ilə əlaqələndirirlər.

Bu tələbləri yerinə yetirməyən avtobus sürücüləri cəzalandırılacaqlar

17 Noyabr 2016 17:32

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb. Olaylar.az bildirir ki, bunu Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.