Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"
Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir. Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.
17 Noyabr 2016 17:34 DünyaQərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir.
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.
"Biz qətiyyətlə İŞİD-ə qarşı mübarizə aparırıq və mübarizəni davam etdirəcəyik. Bu qruplaşmanın İslam dini ilə heç bir bağlılığı yoxdur. Əslində, İŞİD-dən çox İslama ziyan vuran yoxdur. Dinimizdə adam öldürmək haqqı heç kimə verilmir" - R.T.Ərdoğan bildirib.
Türkiyənin dövlət başçısı İŞİD-in yanında Qərbin dayandığını və İŞİD-in əlində qərb mənşəli silahların olduğunu sübut etdiklərini də vurğulayıb.