Deputat: “Bu, çox eybəcər bir şeydir”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan problemlərdən danışıb.
17 Noyabr 2016 18:03 Sosial"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan problemlərdən danışıb. "Olaylar" xəbər verir ki, Cavid Qurbanov söyləyib ki, ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil: "Bizdə evi satırlar, amma evin altındakı torpaq əmlakının ayrıca özəlləşdirilməsini tələb edirlər. Bu, çox eybəcər bir şeydir. Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin". Deputat Vahid Əhmədov və Tahir Mirkişili isə əlavə edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb.