Almaniya səfiri BANM-də olub

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. “Olaylar” xəbər verir ki, rektor Elmar Qasımov səfirə Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr haqqında məlumat verib. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkürürü bildirmiş, BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini vurğulayıb. Diplomat Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açmış, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. "Olaylar" xəbər verir ki, rektor Elmar Qasımov səfirə Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr haqqında məlumat verib. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkürürü bildirmiş, BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini vurğulayıb. Diplomat Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açmış, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in "Fəxri qonaq" diplomunu təqdim edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31