DMX rəisi İran səfiri ilə görüşüb

Noyabrın 17-dә Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İran İslam Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Cavad Cahangirzadә ilә görüşüb.

Noyabrın 17-dә Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İran İslam Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Cavad Cahangirzadә ilә görüşüb. DMX-dan verilən məlumata görə, xidmət rəisi qonağı ölkәmizә sәfir tәyin olunması münasibәtilә tәbrik edib, dövlәt başçıları tәrәfindən Azәrbaycan İran әlaqәlәrinin inkişafı sahәsindә hәyata keçirilәn tәdbirlәrdәn danışıb. İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Ölkədə, o cümlədən respublikanın ayrı-ayrı regionlarda gedən inkişafa toxunub, Azərbaycanın turizm potensialına diqqət çəkib. Miqrasiya sahəsində əməkdaşlığın daha da səmərəli şəkildə həyata keçirilməsi barədə söhbət açan Xidmət rəisi əcnəbi iş adamlarına Azərbaycanda çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. F.Nəbiyev bildirib ki, Miqrasiya Məcəlləsində də Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər kifayət qədər sadələşdirilib. Bu da əcnəbilərin Azərbaycanda iş qurmaları üçün yeni imkanlar açıb. Xidmət rəisi iranlı iş adamlarının da bu imkanlardan daha geniş şəkildə istifadə edəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31