Deputat: "Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb"
"Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu."
17 Noyabr 2016 16:35 Sosial"Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu." Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, "bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb."