Gömrükçülər gücləndirilmiş iş rejiminə keçdilər
Gürcüstan-Rusiya magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib Gürcüstan Respublikası ilə Rusiya Federasiyası arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.
17 Noyabr 2016 16:08 SosialGürcüstan-Rusiya magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstan Respublikası ilə Rusiya Federasiyası arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstan ərazisindən keçərək Rusiya Federasiyasına gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstan Respublikası ilə sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib. Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.