Gecə klubları gəncliyi uçuruma aparır
Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlıqdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ilə bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində də müzakirəyə çıxarılıb.
17 Noyabr 2016 15:33 SosialAzərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlıqdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ilə bağlı "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında" qanununa dəyişiklik layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində də müzakirəyə çıxarılıb. Komitənin sədri Aqiyə Naxçıvanlı deyib ki, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri qanunvericiliklə dəqiq müəyyən edilib. Qeyd edək ki, qanuna təklif edilən 1.0.8 maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrinin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir. A.Naxşıvanlı bildirib ki, bu əlavə labüddür və uşaqların hüquqlarının qorunması ilə bağlı müxtəlif qanunvericilikdə olan dəyişikliklərə uyğundur. Komitə sədri qeyd edib ki, uşaqlara dövlət səviyyəsində qayğı göstərilir. Təqdim olunan yeni qanun layihəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək. Deputat Ağacan Əbiyev isə Bakıdakı gecə klublarını sərt tənqid edib. Deputat gecə klublarının gəncliyi uçuruma apardığını bildirib. Onun fikrincə, həddi-buluğa çatmamış uşaqlar restoranlarda, barlarda gecə saat 12-yə kimi qalırlar, maneəsiz içəri buraxılırlar, halbuki bu yaşdakı yeniyetmələr barlarda yox, idman zallarında olmalıdırlar. Millət vəkili qeyd edib ki, yeniyetmələr sağlam olmaq idmanla məşğul olmalıdırlar: "İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Barlara getməklə heç nə olan deyil. Yiyəsi də başa düşsün ki, 18 yaşına çatmamış şəxsi saat 12-də barda saxlamaq olmaz. Bu məsələyə görə barların yiyələri cavabdehlik daşımalıdırlar. Onlar gənclərin həyatını pozurlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər". Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.
Alim