“Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib
Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrasının təşkilatçılığı ilə “Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası ilk Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlətimizin, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağn qadağan edildiyini diqqətə çatdırıb.
17 Noyabr 2016 14:43 SosialBakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrasının təşkilatçılığı ilə "Tolerantlıq həyat tərzidir" adlı tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası ilk Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlətimizin, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağn qadağan edildiyini diqqətə çatdırıb. M.Mahmudov Konstitusiyasının vicdan azadlığından bəhs edən 48-ci maddəsinə istinad edərək, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququna malik olduğunu, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəst olduğunu, dini etiqadın və əqidənin hüquq pozuntusuna bəraət qazandırmadığını, heç kəsin öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilmədiyini söyləyib. Qeyd olunub ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımların ölkə Konstitusiyasında təsbit olunmuş mütərəqqi normalara uyğun olaraq müxtəlif dini konfensiyalar, irqi və etnik mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsi, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasına və beləliklə də onların hüquqlarının səmərəli təmininə xidmət edir.