Gündəm
Pan Gi Mun: "Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır"
"Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimi keçirilib". Oaylar.az Trend-ə istinadən bildirir ki, mərasimdə BMT baş katibi Pan Gi Munun müraciəti oxunub.
Sosial xərclərdə azalma olmayacaq
"Gələn ilin dövlət büdcəsində sosial xərclərdə heç bir azalma yoxdur". “Olaylar” xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, ölkədə hər şey insanların rifahına görə yaradılıb: "Baxmayaraq ki, çətin şərait mövcuddur, belə hallarda belə növbəti ilin büdcəsində sosial xərclərdə müəyyən artımlar nəzərdə tutulub".
Məlahət İbrahimqızı: YAP cəmiyyətimizin həyatına yeni dəyərlər gətirib
“Ümummilli lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan, bu gün bütün regionda lider partiya olan YAP-ın yaradılmasının 24 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir”.
Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir
“Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttində provokasiya xarakterli hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Bakıda əxlaqsızlıq yuvası saxlayan qadın tutuldu
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nazilə Hüseynova saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, Azadlıq prospektində yerləşən masaj salonunda gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Araşdırma aparılır.
“Feysbuk”da qadına əxlaqsız təklif edən saxlanıldı
Noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz rayon Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb. Araşdırma aparılır.
"Lusa" prezidenti: "Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir"
"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir".
Prezident İlham Əliyev: "Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır"
"Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır". Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin "Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?" sualına cavabında deyib.
Ukrinform: "Dünya Xəbər Agentliklərinin V Konqresi çox uğurlu və möhtəşəm tədbirdir"
"Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi çox uğurlu tədbirdir". Olaylar.az bildirir ki, bunu bu gün Trend-ə Ukrayna Milli İnformasiya Agentliyinin baş redaktoru Natalya Kostina deyib.
Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş
Məşhur müğənni, şair və bəstəkar Leonard Kohenin ölüm səbəbi açıqlanıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, keçən həftə 82 yaşında vəfat edən sənətçinin meneceri Robert Kori bu haqda danışıb. O: "Leonard Kohen noyabrın 7-də yuxuda olduğu zaman yatdığı yerdən yıxılaraq dünyasını dəyişib", - deyib.
IRNA: "Dünya Xəbər Agentliklərinin V Konqresi mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcək"
"Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi kütləvi informasiya vasitələri nümayəndələrinin bir-birini tanımasına imkan verir".
Hamımızın müqəddəs borcu – Vətən sevgisi
Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onların vətənpərvərlik ruhunun artırılması başlıca prioritetlərdən biri hesab edilir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu sahədə Azərbaycanın, xüsusilə ölkə gənclərinin bəxti gətirib desək yanılmarıq.
Dövlət başçısının uğurlu xarici siyasəti
Beynəlxalq aləmdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir Azərbaycan müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasət dünya dövlətləri, eləcə də beynəlxalq birliklər tərəfindən diqqətlə izlənilir. Qətiyyətlə demək olar ki, ölkəmizin həyata keçirdiyi düşünülmüş xarici siyasəti dünyanın super gücləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Rusiyanın İstanbuldakı konsulluğunda qorxulu anlar yaşandı
Rusiyanın İstanbuldakı konsulluğunun binasının qarşısında atışma olub. Milli.Az bildirir ki, bu barədə azvision.az "Gazeta.ru"-ya istinadən xəbər verir.
5 uşağın doğulduğu xəstəxanadan acı xəbər - YENİLƏNİB
Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.














