Nazir əlilliyin verilmə qaydalarından danışdı 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"yə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib. S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə nazirliyin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də şəffaflaşdırılması, bunun üçün həmin sistemin elektron texnologiyalar üzərində qurulması üçün məqsədyönlü işlər aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılmış şəraitdə aparılmasına imkan verir. Eyni zamanda, əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti beş il müddətinə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddəti üç il müddətinə uzadılmaqla, birinci dərəcə əlillik müddətsiz müəyyən edilib. Həmin islahat tədbiri tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının dəfələrlə azalmasına səbəb olub. S.Müslümov bildirib ki, dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil ediləcək və dərhal sonra isə TSERAS-a ötürüləcək: "TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin, yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək. Məhz bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31