Gündəm
Avropa Parlamenti ilə əlaqələr möhkəmlənir
Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə işgüzar səfərə yola düşüblər.
İlham Əliyevin Ankaraya dəstəyini türk-islam dünyası Qarabağ üçün göstərsə...
Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Medal qaytarılacaq, pul yox
Nazirdən Vitali Rəhimov AÇIQLAMASI Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız. Mən bu məsələyə, sadəcə, fikir bildirə bilərəm. Olaylar.az report-a istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı danışarkən deyib.
"Çavuşoğlu Azərbaycana sübut etdi ki..."
NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasının iclası zamanı gərgin anlar yaşanıb.
Poroşenko Azərbaycanın fəxri konsulunu mükafatlandırdı
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb. Olaylar.az Trend-ə istinadən bildirir ki, Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamına əsasən, Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs "Dövlətə xidmət ordeni" ilə təltif olunub.
"Dağlıq Qarabağ probleminin həlli türk-islam dünyasına fayda verəcək"
Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün türk-islam dünyasına faydası olacaq. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Aİ və Azərbaycan yeni saziş üzrə danışıqlarla bağlı nümayəndə heyətlərini formalaşdırır
Hazırda Avropa İttifaqı və Azərbaycan hazırda yeni saziş üzrə danışıqlarla bağlı müvafiq nümayəndə heyətlərinin formalaşdırılması işini aparır.
Sərhəd məsələsi Türkiyə ilə Ermənistanın ikitərəfli işidir
Türkiyə və Ermənistan arasında sərhədin açılması iki ölkə arasında olan məsələdir. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu sözləri NATO Parlamentar Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında NATO-nun baş katibi Yans Stoltenberq sessiyanın bağlanış iclasında Ermənistandan olan millət vəkilinin "Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd ölkə olan Türkiyə ilə sərhədinin bağlı olması onun Avropa İttifaqı ilə yaxın əlaqələr yaratmasına əngəllər yaradır. Bu məsələnin həlli barədə nə deyə bilərsiniz" sualına savabında deyib.
Məşhur teleapaerıcı Umka efirə qayıdır
3 ildən çoxdur televiziyadan uzaq düşən teleaaparıcı Umka Hacıyeva yenidən aparıcığıla başlayır. Olaylar.az-a açıqlama verən U.Hacıyeva bu qərarı vermək üçün xeyli düşündüyünü bildirib:
Azərbaycanlı gənc Avropa Gənclər Forumunun komissiyasının üzvü seçilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Mlli Şirasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib.
Azərbaycan çox böyük uğurlara imza atıb
«Yeni Azərbaycanın Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.
“Günəşli” yatağında bədbəxt hadisə baş verib
Noyabrın 20-də saat 22.30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşmış, kranın qırılan hissəsi dənizə düşüb.
Təyyarə təcili eniş etdi
Emirates hava yollarına aid olan və San-Fransisko – Dubai səfərini yerinə yetirən dünyanın ən böyük A-380 Aerobus təyyarəsi Moskva Domodedovo havalimanına təcili eniş edib. Enişin səbəbi Hindistanlı 70 yaşındaki sərnişin qadının havada təyyarədə halının pisləşməsi olub. Qadın təcili olaraq xəstaxanaya yerləşdirilib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Razi Nurullayevdən müxalifətə sərt sözlər
“Siyasəti Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz” “Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız”
“Hər bir kişi öz qadınının və ailəsinin qoruyucusu olmalıdır”
“Qadınlara qarşı zorakılığa yox deyək" kampaniyasına start verilib Noyabrın 21-də Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış konfransı öz işinə başlatyıb. Konfrans Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT-nin əhali Fondu, BMT-nin inkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ Dövlət Departamentinin Narkotikər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə bürosunun və Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.














