Azərbaycan çox böyük uğurlara imza atıb
«Yeni Azərbaycanın Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.
21 Noyabr 2016 13:51 Sosial"Yeni Azərbaycanın Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP xalqımız, dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Ulu öndərin yolunu, siyasi xəttini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini xüsusi qeyd edən E. Nəsirovun sözlərinə görə, həmin siyasət çevik, hücum taktikasına söykənən balanslaşdırılmış siyasətdir: "Bu siyasətin nəticəsində Azərbaycan daha da güclü və nüfuzlu dövlətə çevrilib. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu uğurlar silsiləsindəndir. Azərbaycan çox sürətlə inkişaf edir və beynəlxalq birlik bunu görərək dəyərləndirir. Bütün bunlarda hakim Yeni Azərbaycan Partiyasınım mühüm rolu, funksiyası vardır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün Azərbaycan çox böyük uğurlara imza atıb".