Gündəm
Ümumdünya Uşaqlar Günü: uğur uşaq hüquqlarını qorumaqdan keçir
Ümumdünya Uşaqlar Günündə Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir və bu tarixə bütün uşaqların cəlb edilməsi üçün bundan yaxşı məqam ola bilməz” – UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edward Carwardine belə deyib.
DGTYB nəşri: “QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ” kitabı işıq üzü görüb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ” layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Xan” nəşriyyatı tərəfindən 248 səhifə həcmində, 1260 tirajla işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşardır.
DGTYB nəşri: “Şeir çələngi”nin II hissəsi işıq üzü görüb
“Şeir çələngi”nin II hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Türk Dünyası gənc yazıçılarının (əsərlərindən ibarət antologiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi” layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “QHT” nəşriyyatı tərəfindən 216 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun Başkan yardımcısı, gənc xanım yazar Əfsanə Bayram Ələsgərlidir.Kitabın redaktorları şair-publisist Əkbər Qoşalı və Sərdar Şirvandır.
Sumqayıtda beşmərtəbəli binada yanğın olub
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bunanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağında 7 m2 sahədə döşəmə və 1 ədəd döşək yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yavər Camalov Pakistana səfər edəcək
Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq. Bu barədə nazirlikdən verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir. Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
90 140 nəfər gənc peşəyönümü tədbirlərə cəlb olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli peşələrə yiyələnməklə məşğulluq imkanlarına malik olması məqsədilə tədbirlərini davam etdirir.
Sərgiyə gedirlər
Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığ ilə Naftalanda fəaliyyət göstərən “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri noyabrın 24-26-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edəcəklər.
Gülben Ergen ərinə xəyanət edib? - ŞOK İDDİA
Məşhur türk sənətçisi Gülben Ergenin həyat yoldaşı Erhan Çelikdən ayrılması ilə bağlı yeni iddia ortaya atılıb. Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, müğənni iş adamı ilə görüşürmüş.
Mahmudovun qohumunun "sehrbazlığı"
Kondisioner yoxdur, amma 800 min "xərclənib" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.
Əli Kərimlinin köməkçisinin şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Gülben yeni ilə subay girmək istəyir
Məşhur müğənni Gülben Ergen ilə Erhan Çelikin boşanmaq barədə qərar verməsi Türkiyə gündəmini zəbt edib.
Məscidi partlatdılar: 27 ölü, 35 yaralı
Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Olaylar.az report-a istinadən xəbər verir ki, hücum ölkə paytaxtı Kabilin Çahar Qala rayonunda baş verib.
"ABŞ olmadığı yer dağılır" - Obama
Prezident Barak Obama ABŞ-ın dünyadakı rolunun Rusiya və Çindən necə fərqlənməsindən danışıb. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az "Rosbalt"-a istinadən xəbər verir.
Deputatlarımız AVRONEST-in tədbirinə qatılıblar
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər ediblər. MM-dən verilən məlumata görə, toplantılarda cari ildə Belarusda və Gürcüstanda keçirilmiş parlament, Moldovada prezident seçkilərinin nəticələri müzakirə ediləcək, qurumun gələcəkdə qəbul edəcəyi qətnamələr barədə fikir mübadiləsi aparılacaq, növbəti tədbirlərin keçiriləcəyi ölkələr və tarixlər müəyyən olunacaq. Səfər noyabrın 24-da başa çatacaq.
Ermənistanın bəyanatı danışıqlara ziddir
Vitse-spiker: “Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq” “Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib














