Sərgiyə gedirlər

Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığ ilə Naftalanda fəaliyyət göstərən “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri noyabrın 24-26-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edəcəklər.

Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığ ilə Naftalanda fəaliyyət göstərən "Çinar" və "Qarabağ" istirahət-sağlamlıq mərkəzləri noyabrın 24-26-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü "TTWarsaw 2016" səyahət sərgisində iştirak edəcəklər.

Hər il ənənəvi olaraq keçirilən sərgidə 50-dək ölkədən turizm şirkətləri və otellər, həmçinin həmin ölkələrin regionları, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Tədbirin keçiriləcəyi günlərdə 20 minədək insanın sərgini ziyarət edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31