Gündəm
Soyqırımı hər ölkə qəbul edə bilər
Müdafiə naziri: “Ancaq bu, heç nəyi dəyişmir” Erməni lobbisi son dövrlərdə tarixdə olmayan "erməni soyqırımı" ilə bağlı daha aktiv fəaliyyət göstərməkdədir. Belə ki, hər dəfə ifşa olunmalarına baxmayaraq erməni diasporu və onların ssenarisi üzrə hərəkət edən buyruq qulları istənilən beynəlxalq tədbirdə sözügedən məsələni qabartmağa cəhd göstərirlər.
Milli valyutaların dollar qarşısında ucuzlaşması...
Ekspert: “Qlobal iqtisadi böhrana səbəb olmayacaq” Manat dollar qarşısında gündən-günə dəyər itirdikcə, burada təkcə istisadiyyat və maliyyə sektoru deyil, eyni zamanda banklara kredit borcu olan vətəndaşlar üçün də problemlər ortaya çıxır. Xüsusilə, dollarla kredit götürmüş insanlar hər gün banka ödədikləri borcları daha da böyüyür. Bu isə, bankların problemli kreditlərinin həcminin daha da artacağı ehtimalını yaradır.
Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
(Əhvalında pərişanlıq olan bir dosta məktub)
Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir
ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özü bəyan edib.
Messiyə 100 milyonluq TƏKLİF
Avropanın aparıcı klublarından biri argentinalı hücumçu Lionel Messiyə İspaniyanın "Barselona" komandası ilə müqaviləni uzatmaqdan imtinaya görə 100 milyon avro təklif edir.
Təcili yardım maşınlarına yol verməyənlər ifşa ediləcəklər
Bakıda gələcəkdə hər bir sanitar maşının ön şüşəsində kameraların quraşdırılması, bununla da həmin maşınlara yol verməyən vətəndaşların qeydə alınması və bu barədə məlumatların Dövlət Yol Polisinə ötürülməsi nəzərdə tutulur.
İşəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığının təminatı
“Ata Texnologiya”nın yeniliyi buna hesablanıb Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər müntəzəm olaraq istehlakçılara yeni mal və məhsullar tətbiq etməklə bu sahədə normal rəqabət mühiti yaradır, yeni texnologiyaları cəmiyyətə təqdim edirlər. Belə şirkətlərdən biri də “Ata Tüxnologiya” şirkətidir. Bu günlərdə şirkət daha bir məhsulunu cəmiyyətə təqdim edib. Şirkətin imza atdığı yenilik, qarşıdakı vəzifələrlə bağlı “AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə bir sıra suallara aydınlıq gətirib.
Turan Yazqan əmanəti
Təəssüf ki, bu əmanəti qoruya, ona sahib çıxa bilmədik ONUN vəfatı xəbərini Şimali Kipr Türk Respublikasında səfərdə olarkən aldım. Səhər saatlarında oğlumdan telefonda hıçqırtı ilə “Ata müdürümüz Əli Devrim öldü” xəbərini eşidəndə belə inanmadım. Bunun sanki bir zarafat, yaxud qeyri-dəqiq informasiya olduğunu düşündüm. Təəssüflər olsun ki, heç də hər zaman hər şey düşündüyün kimi olmur. Elə “Ata müdürümüz Əli Devrim öldü” xəbəri də düşündüyüm kimi olmadı. Artıq sosial şəbəkələr, xəbər portalları Türk Dünyası Araşdırmlar Vəqfi Bakı Atatürk Liseyinin müdiri Əli Devrimin vəfatı barədə xəbərlər yayırdı.
Ana Vətəndən Yavru Vətənə
Yaxud 6 illik fasilədən sonra yenidən Kipr yolçuluğu Aradan keçən altı ildən sonra yenə yolumuz Şimali Kipr Türk Respublikasına düşdü. Şimali Kiprin Bakı nümayəndəliyinin təşəbbüsü və bu ölkənin Xarici İşlər Nazirliyinin dəvəti əsasında reallaşan səfərdə KIV nümayəndəsi olaraq Azərbaycandan yalnız mənim iştirakım daha çox qürurverici idi. Eyni zamanda mənim üçün ötən altı il ərzində Şimali Kiprdə nələrin dəyişdiyi, hansı müsbət və ya mənfi hallarla rastlaşacağım olduqca maraqlı idi. O səbəbdən səfərin başlamasını səbrsizliklə gözləyirdim.
Prezidentin bəyanatı bütün ölkənin iradəsini ifadə edir
Fərəc Quliyev: “Əgər torpaqlarımız qısa zaman ərzində azad olunmasa, biz həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq konvensiyalara görə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik” Bir neçə gün əvvəl Prezident İlham Əliyevin cəbhıə xəttinə səfəri, eləcə də həmin ərəfədə Azərbaycan Silahlı Qüvvələrinin başlamış olduğu genişmiqyaslı hərbi təlimlər cəmiyyətdə ciddi mənada ruh yüksəkliyi yaradıb.
DİQQƏTLİ OLUN: Azərbaycana süni yumurta gətirilib - VİDEO
Artıq bir müddətdir ki, Çində istehsal olunan süni yumurtalar Azərbaycan bazarına da yol açıb.
Kimlər güzəştli mənzil ala biləcəklər?
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin AZƏRTAC-a müsahibə verib. - Dövlət başçısının imzaladığı ""MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası" haqda fərmanın vətəndaşlar üçün sosial əhəmiyyətini necə qiymətləndirirsiniz?
Dükanını bədəni ilə tanıdır - FOTO
Amerikalı supermodel Kayli Cenner yaratdığı kyliejennershop onlayn-dükanını reklam etmək üçün İnstaqram-da yarıçılpaq fotolarını paylaşmaqdadı.
Bakı limanının tikintisi ilə bağlı yeni xəbər
Ələt qəsəbəsində yeni Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.














