İşəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığının təminatı

“Ata Texnologiya”nın yeniliyi buna hesablanıb Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər müntəzəm olaraq istehlakçılara yeni mal və məhsullar tətbiq etməklə bu sahədə normal rəqabət mühiti yaradır, yeni texnologiyaları cəmiyyətə təqdim edirlər. Belə şirkətlərdən biri də “Ata Tüxnologiya” şirkətidir. Bu günlərdə şirkət daha bir məhsulunu cəmiyyətə təqdim edib. Şirkətin imza atdığı yenilik, qarşıdakı vəzifələrlə bağlı “AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə bir sıra suallara aydınlıq gətirib.

"Ata Texnologiya"nın yeniliyi buna hesablanıb

Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər müntəzəm olaraq istehlakçılara yeni mal və məhsullar tətbiq etməklə bu sahədə normal rəqabət mühiti yaradır, yeni texnologiyaları cəmiyyətə təqdim edirlər. Belə şirkətlərdən biri də "Ata Tüxnologiya" şirkətidir. Bu günlərdə şirkət daha bir məhsulunu cəmiyyətə təqdim edib. Şirkətin imza atdığı yenilik, qarşıdakı vəzifələrlə bağlı "AtaTexnologiya" şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə bir sıra suallara aydınlıq gətirib.

- Cahangir müəllim, bu günlərdə "Ata Texnologiya" şirkəti yeni məhsulunun təqdimatı keçirdi. Bu yenilik özündə nəyi ehtiva edir?

- Məlum olduğu kimi, bu günlərdə "AtaTexnologiya" şirkətinin "HRM360" adlı yeni proqram təminatının təqdimatı keçirildi. Bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək və HR-menecerlər, personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulub. "HRM360" kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Belə ki, proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir. Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Düşünürəm ki, bu rahatlığın təyinatı hamıya aydındır. Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur. Məhsul hazırlanarkən bizim tərəfdaşımız olan "Maykrosoft" proqramlaşdırılması qərarlarından istifadə edilmişdir.

- Nəyə görə məhz bu istiqamət seçildi?

- "AtaTexnologiya" şirkəti uzun illərdir ki, mühasibatlığın, anbarın, satışların, logistikanın, istehsalın, insan resurslarının və s. avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur, iri təşkilat və müəssisələrdə bir sıra uğurlu layihələr həyata keçirmişdi. Həmçinin, iri istehsal və ticarət müəssisələrində "Netsis ERP" sisteminin tətbiqi ilə əlaqədar olan ciddi layihələr də gerçəkləşdirilmişdi. Azərbaycan bazarında hərətərəfli və insan resursları üzrə milli qanunvericiliyə uyğun proqram təminatının olmaması məlum idi. Biz müxtəlif profilli müəssisələrdə 10 iilik proqramlaşdırma təcrübəsinə malik olan şirkət kimi, bu proqramı insan resursları və ya kadrlar şöbələrinin tələbatlarını nəzərə almaqla hazırlamışıq. Proqram fəaliyyətin bütün mümkün sahələrində istənilən kommersiya strukturunun HR-nın qarşılıqlı əlaqəsini təmin edir.

- "HRM360" proqram təminatının əhəmiyyəti barədə nə deyə bilərsiniz və o, kimlər üçün nəzərdə tutulub?

- İlk növbədə, "AtaTexnologiya" şirkətinin "HRM360" proqram təminatı insan resursları sahəsində işləyən mütəxəssislərə hesablanıb. HR menecer onun köməyilə nəinki əməkdaşların bütün şəxsi məlumatlarını, o cümlədən hətta qan qrupu daxil olmaqla həm də bütün xidməti qərarları - təyinatları, töhmətləri, əmrləri, işlənmiş saatları, gəlişləri, ezamiyyətləri, xəstəlikləri və s. nəzərə almaqla elektron kartoteka tərtib edir. Bu zaman onun çap edilməsinin mümkünlüyü də nəzərə alınıb. "HRM360" proqramının digər mühüm aspekti əmək haqqına ayırmaların uçotunun aparılması imkanıdır. Bundan əlavə, əməkdaşların öz məlumatlarına çıxış imkanları vardır. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir, bürokratik prosedurlar istisna edilir və HR menecerin vaxtına qənaət edilir.

- Məhsulun tətbiqinin perspektivləri barədə nə deyə bilərsiniz?

- Zənnimizcə, "HRM360"-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulub. Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. Proqramın rəqabətqabiliyyətliliyini onda olan işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır. Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış rəhbərliyin qeyd etdiyi meyarlara əsasən həyata keçirilir. Seçimdən sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartoçkasına keçir. Bu halda həmçinin, proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31