Gündəm

Cavanşir Məmmədovun qızı məşhur türk aktyora ərə getdi

21 Noyabr 2016 16:16

Türk aktyor Arif Selçuk əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.

"Putin demək istəyir ki, gəl oturaq, dərdləşək"

21 Noyabr 2016 16:13

Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə ayaqüstü söhbət edən Kreml sahibi Vladimir Putin Ağ ev sahibini Rusiyaya dəvət edib.

Son dəqiqə - Türkiyədə TERROR: yaralılar var

21 Noyabr 2016 16:09

Şırnakın Uludərə bölgəsində, İraqla sərhəd ərazidə hərbi bazaya gedən yolu təmir edən şirkət avtomobili partladılıb.

ANS-in yerləşdiyi ərazi şirkətdən geri alınır

21 Noyabr 2016 16:09

ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi  Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir.

Akif Nağı: “Təklif rəsmi Moskvadan gəlib” 

21 Noyabr 2016 16:02

“Ümumiyyətlə Ermənistan rejimi həm ölkəsinin daxilində, həm də cəbhə xəttində vaxtaşırı müəyyən təxribatlar törədir və müəyyən addımlar atırlar. Təbii ki, bunların hamısı diqqətin Azərbaycana qarşı törədilmiş işğal faktından uzaqlaşdırılmasın, yayınmasına xidmət edir”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Həkim: "15 dəqiqədən artıq qalan qara çay zəhərə çevrilir"

21 Noyabr 2016 16:00

Fəsil dəyişdikdə insanların bir çoxu zökəm, boğaz ağrısı  kimi xəstəlliklərə yoluxurlar. Bir çoxları apteklərdə satılan müxtəlif dərmanların qəbuluna üstünlük versələr də, bəzi insanlar təbii bitki çaylarından istifadəyə üstünlük verirlər. Lakin bütün bitkiləri bir-birinə qatıb onu məlhəm kimi qəbul etmək düzgündürmü? Bitki çayları necə hazrlanmalıdır?

Putin: “Saakaşvilinin qubernatorluğu odessalıların üzünə tüpürmək idi” 

21 Noyabr 2016 15:56

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa şəhərinin sabiq qubernatoru Mixail Saakaşvilini vaxtilə bu pozta təyin olunmasını odessalılara və bütövlükdə ukraynalılara təhqir hesab etdiyini bildirib. SİA xəbər verir ki, Putin bu barədə rejissor Oliver Stounun “Ukrayna atəşdə” adlı flmi üçün verdiyi müsahibəsində deyib. “Bu bir təhqirlə yanaşı, həm də odessalıların üzünə tüpürmək idi”-deyə qeyd edən Rusiyanın dövlət başçısı həmçinin xatırladıb edib ki, Mixail Saakaşviliyə ABŞ-a getmək üçün hətta işçi səfəri vizası belə verilməyib. O, bunu belə əlqələndirib ki, Saakaşvilini işlə təmin etmək istəyən Amerika universitetləri onu daimi şəkildə işə görmək istəməyiblər.

Qətliama səbəb olan meymun

21 Noyabr 2016 15:54

Gərginliyin hökm sürdüyü Liviyada tragikomik hadisə baş verib. Ölkənin cənubundaki Səbha şəhərində bir meymun çoxlu sayda insanın ölümünə səbəb olub. Şəhərdə yaşayan Kaddadfa qəbiləsinə aid bir mağaza sahibinin meymunu məktəbli qızlara hücum edib və şagirdlərdən birinin baş örtüsünü alaraq qaçıb. Məktəbli qızın ailəsi  – Süleyman qəbiləsindən olan silahlı şəxslər meymunun sahibibini qətlə yetiriblər. İki qəbilə arasında baş verən dörd günlük silahlı qarşıdurma nəticəsində 16 nəfər həlak olub, çoxlu sayda yaralılar var.

Uşaqlar təmənnasız olaraq müayinə ediləcək

21 Noyabr 2016 15:53

Nitq İnkişaf Mərkəzinin sədri, təcrübəli defektoloq-loqoped Esmira Kazımova nitq qüsuru olan uşaqlar üçün pulsuz müayinə həyata keçirərəck. “OLAYLAR”-ın xəbərinə görə, bu dəfə təcrübəli loqoped bu nəcib missiyanı paytaxtda deyil, əyalətdə reallaşdıracaq.

ADP Rusiyanın Ermənistanla hərbi blok yaratmasından narahatdır

21 Noyabr 2016 15:50

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İdsarə Heyəti BMT Baş Assambleyasının müvafiq komitəsinin Krımda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi qətnamədə Rusiyanın işğalçı dövlət adlandırılmasını düzgün addım kimi dəyərləndirib, eyni zamanda regional münaqişələrin həllində ikili yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb və işğalçı dövlət haqda nəticəsi konkret icra tələb edən ümumi qətnamələr qəbul edilməsinin vacib olduğunu qeyd edib. İdarə Heyəti həmçinin Rusiyanın Ermənistanla ikili hərbi blok yaratmasından narahat olduğunu, bu addımın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götüdüyü barış missiyasına, Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığına zidd olduğunu bildirib.

Elçin Hüseynbəyli yazır... O, altıncı mərtəbədədir...

21 Noyabr 2016 15:49

Elçin Hüseynbəyli O, altıncı mərtəbədədir... Hamımız bir damın altındayıq. Amma bədbəxtçilik ondadır ki, bir damın altında yaşadığın adamı görməyəsən, onu itmiş sayasan. Kərbəlayi İsmayılın sözü olmasın, o təpiklər sənə dəysəydi, sən nəinki ədəbiyyatda, heç onun həndəvərində də olmazdın.

BP və "Total" Norveç bazarındakı payını azaldır

21 Noyabr 2016 15:45

Bu ayrılıq karbohidrogenlərin qiymətinin aşağı olmasıyla bağlıdır Bir sıra nəhəng xarici neft şirkətləri Norveç bazarından ayrıldıqlarını bəyan edib. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Vətənpərvərliyin təbliği gənclərdə milli kimlik hissini oyadır 

21 Noyabr 2016 15:43

Gənclər arasında vətənpərvərliyin təbliği istiqamətində QHT-lərin rolu danılmazdır. Sirr deyil ki, vətəndaş cəmiyətlərinin bu yöndə fəaliyyəti müsbət nəticəsini verməkdədir. Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə “Bildiyimiz kimi, vətənpərvərlik mənəvi məsələdir. Yəni bu, insanın içindən gəlməlidir.

Okeanın o tayından Moskvaya soyuq duş effekti

21 Noyabr 2016 15:41

Rusiya əleyhdarı birinin Pentaqon şefi təyin olunması Rusiyada Tramp haqqında müsbət fikirlərə son qoyacaq Növbəti dörd il müddətinə Birləşmiş Ştatlara rəhbərlik edəcək Respublikaçı Donald Trampın formalaşdıracağı yeni kabinetin kimlərdən ibarət olacağı, yeni Amerika rəhbərliyinin hansı addımlar atacağı barədə müxtəlif proqnozlar səsləndirilməkdədir.

Cinayət Məcəlləsinə dəyişikliklərin söz və internet azadlığının məhdudlaşdırılmasına heç bir aidiyyatı yoxdur

21 Noyabr 2016 15:39

Səbuhi Abbasov: “Bir insan bəzən 100 profil açaraq istənilən şəxsi ciddi şəkildə təhqir və tənqid edir, onun işgüzar nüfuzuna ciddi xələl vurur” Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək.